İMAMƏTİN XÜSUSİYYƏTLƏRİDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 İMAMƏTİN XÜSUSİYYƏTLƏRİ Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bə'zisi aşağıdakılardan ibarətdir: 1-İmamın Allah tərəfindən tə'yin olunması: Əhli sünnət e'tiqadının əksinə olaraq, Şiə məzhəbi imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən tə'yin edilməsinə əqidə bəsləyir. Allah təalanın tə'yin etdiyi şəxs isə, peyğəmbərin (s) vasitəsi ilə xalqa çatdırılır. Həzrət Mühəmməd səlləllahu ələyhi və alihi və səlləm öz həyatında dəfələrlə özündən sonra gələn imamları (rəhbərləri) ümmətə tanıtdırmış və bu mühüm işə tə'kid etmişdir. 2-İmamın ilahi biliklərə yiyələnməsi: Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır. 3-İmamın mə'sum olması: Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da mə'sum olması vacibdir. Əks təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr verə bilər. Nəticədə isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər. 4-İmamın ədalətli olması: Xalqın İslam dininin də'vət etdiyi qanunlara riayət edib, cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün deyildir.
|