İMAM MUSEYI KAZIM (Ə)



İMAM MUSEYI KAZIM (Ə)

          Həzrət Adəmin dövründən başlayaraq zəmanəmizdə də davam edən və sonu nə qədər gedəcəyinə elmimiz çatmayan bəşəriyyət karvanında məzluma kömək edib, zülmə qatşı mübarizə aparan insanlar həmişə özlərinə məzsus əhəmiyyətli mövqe tutublar. Tarix boyu zülm və ədalətsizliklə yanaşı onlara qarşı mübarizə aparan insanlar da olublar. Necə ki, Allah-Mütəal Quranı-Kərimdə buyurur: Biz hər bir peyğəmbər üçün xəbis adamlardan bir düşmən qərar verdik". Peyğəmbərlər elə insanlar olublar ki, özlərindən sonrakı nəsillər üçün əsl örnəyə çevrilib və tarix boyu azadlıq və sülhsevər insanların zehinlərində azadlığın ən böyük simvolu kimi həkk olunmuşlar.

          Əziz oxucu, bu yazımızda da məhz belə insanlardan birinin-özünün fövqəladə əxlaqi, fəlsəfi görüşlərilə fərqlənən, məzlumların dayağı, zalımların isə sarsılmaz düşməni, islam dininin görkəmli şəxsiyyətlərindən biri, imamət səmasının 7-ci parlaq ulduzu olan İmam Museyi Kazımın (ə) mübarək həyatı ilə əlaqədardır.

          Museyi Kazımın (ə) hicri tarixinin 128-ci ilində Mədinə yaxınlığında Əbva adlı bir yerdə dünyaya göz açmışdır. Anası çox iffətli və fəzilətli bir qadın olan həmidə, atası isə Həzrət Rəsulun (s) 6-cı canişini olan İmam Cəfər Sadiqdir (ə). İmam Museyi Kazım (ə)-da zülmlə mübarizə aparar və məzlumları müdafiə edər, özünün hidayət nurundan azdlıq sevən insanların qəlbinə işıq saçardı. Onun belə davranışı günbəgün İmamın nüfuzunun artmasına səbəb olurdu ki, bu da zalım xəlifələrin narahatçılığına gətirib çıxarırdı.

          Bu narahatlıq və həsəd hissi zalım Abbasi xəlifələrindən olan harun ər-rəşidin simasında özünün təkamul dərəcəsinə yetmişdi və onun imama qarşı ən alçaq hiylələrdən belə çəkinməməsinə səbəb oldu. Bunlardan ən çox nəzərə çarpanı hicri tarixinin 178-ci ilində imamı həbsə aldıraraq Bəsrə şəhərindəki zindana aparılması idi. İmam (ə) zalımların ərdıcıl təzyiqlərinə baxmayaraq zindanda da özünün təbliğindən əl götürmürdü. Bunun bariz nümunələrindən olaraq ,Bəsrə hakimi Mənsur Dəvaniqinin nəvəsi, çox pozğun bir insan olan İsa ibn Cəfərin imamın (ə) müridinə çevrilməsi və Bağdad zindanının xidmətçisi Fəzl ibn Rəbiyyənin İmamın (ə) gözəl əxlaqına məftun olması idi ki, bu da Harunun narahatçılığını günbəgün artırırdı. Məhz bütün bunlar səbəb oldu ki, o, imamın (ə) həbs vaxtının son günlərində öz nümayəndəsi Yəhya ibn Bərməkini imamın yanına göndərir ki, son bəyanatını ona çatdırsın. Bəyanatda Harun özünün Batilliyini təsdiq və imamın (ə) düzgünlüyünü etiraf etməklə yanaşı Museyi Kazımın (ə) ondan üzr istəməsi tələbi mövqeyindən də çıxış edirdi.

          Amma harun səhv edirdi. O heç fikirləşmirdi ki, zatında belə zülmə baş əyəni olmayan bir insanın zalıma təzim etməsi qeyri-münkündür. Odur ki, imamın (ə) Yəhyaya cavabı bu oldu: "haruna de ki, daha mənim ömrümə bir şey qalmayıb". Bununla imam (ə) harunun çirkin niyyətindən xəbərdar olduğunu bildirdi. Nəhayət harunun qəlb evini zülmət dəryasına çevirə kin və həsəd hissləri onun insanlıqdan uzaq işə əl atmasına səbəb oldu. Hicri tarixinin 183 və ya 186-cı ilində o, xurma vasitəsilə imamı (ə) zəhərləyib şəhadətə çatdırdı. Bununla da Harunun adı tarixin pislər qəbristanında dəfn olundu. İmam (ə) isə hələ də azadlıqsevər insanların qəlbində yaşayır və tarix boyu yaşayacaqdır.