Xatəmiyyət



بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ

مَّا كَانَ مُحَمَّدٌ اَبَا اَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللهِ وَخَاتَمَ النَّبِيِّين1َ

Axrıncı peyğəmbərə (Allahın salamı olsun ona və onun pak övladlarına) “Peyğəmbərlərin sonuncusu” ləqəbi Qurani-Kərimin özü tərəfindən verilmişdir. Qurani-Kərim onu xatəmən-nəbiyyin (peygəmbərlərin sonuncusu- tərcüməçidən.) adlandırmışdır. Bu məsələyə müsəlmanlardan bir nəfərin də belə etirazı yoxdur. Mümkün deyildir ki, bir müsəlman üçün bu məsələ ortaya çıxsın ki, görəsən bizim peygəmbərdən sonra başqa bir peyğəmbər vardır ya yox? Bizim peyğəmbərdən sonra başqa bir peyğəmbərin dünyaya gəlməsini təsəvvür etmək bu peyğəmbərin peyğəmbərliyinə iman gətirməklə uyğun gəlmir. Əgər siz öz- özünüzdə bu cür təsəvvür edib, deyəsiniz ki, mən islamın əziz peyğəmbər(s)-ə iman gətirmişəm, eyni halda, hətta, əgər ehtimal həm verib deyəsiniz ki, bəlkə ondan sonra da başqa bir peyğəmbər gəlib ya başqa bir peygəmbər gələcəkdir, sizin bu ”bəlkə“niz islam peyğəmbərinin peyğəmbərliyinə iman gətirməklə uygun gəlmir. O, sözün mənası budur ki, siz islam peyğəmbərinə və Qurana iman gətirməmisiniz. Həmçinin, əgər bir nəfər deyə ki, mən Qurana iman gətirmişəm, amma tövhid və Allahın varlığına inanmıram, ona deyərlər ki, sənin bu sözün ziddiyyət təşkil edir. Çünki, Quran tövhid  kitabıdır və ona iman gətirmək Allahın birliyinə iman gətirməyə bərabərdir, ya əgər bir nəfər deyə ki, mən Qurana inanıram, amma məada inanmıram, paradoksal fikir söyləmişdir, çünki Quran məada etiqadla dolu olan bir kitabdır; xatəmən-nəbiyyinin peyğəmbərliyə son qoyması məsələsi də belədir. Bundan əlavə, bu məsələ Quranın mətinində gələn inkar olunmaz faktdır. Əgər onun Quranın mətnində gələn inkar olunmaz fakt olduğunu fərz etməsək də belə, qəbul etməliyik ki, müqəddəs islam dininin hamı tərəfindən qəbul olunan aşkar məsələlərindəndir.[2] Bütün bunlara əsasən, heç vaxt heç bir müsəlman üçün bu məsələ ortaya çıxmır ki, görəsən bizim peyğəmbərdən sonra başqa bir peyğəmbər gələcəkdir ya yox?

Eyni halda, daha dərin dərk əldə etmək və imanını möhkəm dəlillər əsasında qurmaq istəyən hər bir müsəlman üçün bu məsələ ətrafında fikirləşmək yerinə düşərdi; Quranın bu fəlsəfəsi haqqında düşünsün ki, nəyə görə peyğəmbərlər dünyada zühur etdilər və dünyaya göndərildilər, müəyyən bir nöqtəyə yetişəndən sonra peyğəmbərlik xətm oldu (sona catdı- mütərcimdən)?! Quran bunu hansı dəlilə əsaslanaraq bəyan etmişdir? Əlbəttə, bunlar Quranın təlimlərindəndir və əgər insan Quranda bu barədə  zikir olunan məsələlərə agah olsa biliyi daha da artar.

İndi də bu barədə olan ayələri bir-bir sizin üçün tərcümə və müxtəsər şəkildə izah edir və xidmətinizə çatdırdığım həmən məsələləri yavaş-yavaş sizə bəyan edirəm.

Xatəmiyyət Quranda

Oxuduğum ayə mübarək Əhzab surəsindədir,buyurur:

Məhəmməd sizin kişilərdən heç kəsin atası deyildir, yəni heç kəsin atalıgı deyildir. Onu bu xususiyyətlə çagırmayın. O, xüsusiyyət ki, siz onu, gərək o, xüsusiyyətlə çağıra, tanıyasınız, budur ki, o, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur.

Mümkündür soruşasınız ki, o əvvəlki cümlənin mənası nədir? “Məhəmməd sizin kişilərdən heç kəsin atası deyil, heç kəsin atalığı deyil.” Bu nəyi inkar edir?

Həqıqətdə, bu ayə o zamanki ərəb dünyası və başqa millətlər, hətta öz iranlılarımızın arasında olan köhnə bir adəti ləğv etmək idi. O, adət bundan ibarət idi ki, bir nəfər başqa bir nəfəri oğulluğa götürər və onu özünə oğul hesab edərdi. O, zamanın adət və ənənəsınə görə bir nəfər başqa bir nəfəri oğulluğa götqrəndən sonra, ehkam və nəticə etibarı ilə, eynən öz oğlu kimi olurdu, yəni necə ki, əgər ölsəydı öz oğlu ondan irs aparardı, bu oğulluğu da ondan irs aparırdı, necə ki, məsələn öz oğlunun həyat yoldaşı onun gəlini hesab olunurdu, ona məhrəm hesab olunurdu və hətta oğlu onu boşayandan sonra da gəlinin kəbinin özünə kəsə bilməzdi, bu oğulluğun həyat yoldaşı da belə idi. Ərəbistanda bu adət geniş yayılmışdı. Ərəbistandan başqa yerlərdə, 

xüsusən, İranda daha mürəkkəb və geniş bir şəkildə yayılmışdı. İslam bu qanunu



1 2 next