SƏDRƏDDIN ŞIRAZININ TƏRCMEYI- HALI



SƏDRƏDDIN ŞIRAZININ TƏRCMEYI- HALI

Ə.Məlikov

“Muhəmməd İbn İbrahim Qəvami Şirazi” adlı “Sədra” (979- 1050 hicri qəməri ili ilə) “Mollasədr” yaxud “Sədrilmütəəllihin” adı ilə məşhur olmuş, hicri qəməri tarixi ilə X və XI əsrlərdə yaşamışdır. Sədrdəddin Qəvami Şirazi tanınmış və böyük ailənin yeganə oğlan övladı olmuşdur. Həmişə Şirazda məhkəmə vəzifələrində və sarayda işləmişdir. Atası Səfəvi şahlarının vəziri olmuş və dindarlıq, dəyanət, fəzilət və xeyirxahlıqları ilə məşhur olmuşdur. Onun atası “Xacı İbrahim Bin Yəhya Qəvami” fars yaşayan məhəllədə hökumətin nazirlik işləri ilə məşğul idi. Övlad nemətindən məhrum olan İbrahim bin Yəhya övlad arzusuna çatmaq üçün nəzir, sədəqə və dualar edir və Allahdan ona kömək etməsini diləyirdi. İllərdən sonra onun bu övlad intizarı bir iftixarlı oğlan uşağı  ilə sona çatdı. Onun adını “Muhəmməd” qoydu ki, bəlkə bir gün fəqihlik, fəlsəfə və dinin təbliği taxtına oturdu. Ona Sədrəddin ləqəbi verdi. Sonralar filosoflar məclisinin başçısı, mütəkəllimlərin rəisi və Sədrilmütəllihin adını qazandı. Ona adı hallarda Sədra adı ilə müraciət edirdilər. [1]

O zamanlar Şiraz özünün ən sakit və xoşbəxt dövrlərindən birini yaşayırdı. Oranın hakimi Səfəvilər silsiləsindən olan Muhəmməd Mirzə Xudabəndə (II şah İsmailin qardaşı) din, elm və hünər sahibi idi. Buna görə Xacı İbrahim Qəvami (Sədranın atası) onun hökumət aparatında və həmçinin camaat arasında xüsusi hörmət və etibara sahib idi.

Sədrilmütəllihin hicri qəməri tarixi ilə 1079- cu ilin camiədul əvvəl ayında əsfar kitabının aqil və məqulun ittifaqı bəhsinə haşiyə və həmçinin “əl- məşair” kitabını yazarkən o, öz yaşını əlli səkkiz olduğunu qeyd etmişdir ki, bunların bir- birlərinin müqaisəsindən o, böyük filosofun təvəllüdünün hicri qəməri ili ilə 979 ya da 980- cı ilin əvvəlləri olduğu nəticəsinə gəlmək olar. [2] Sədra ailə və ictimai cəhətdən uyğun şəraitin olmasından əlavə o, özü istedadlı və dərrakəli uşaq idi və müdrikliyi günəş kimi nur saçırdı və elə uşaq yaşlarından atasını öz heyranedici istedadı ilə özünün gələcək elmi və ictimai cəhətdən özünə yüksək mövqe tutacağına ümidvar etmişdi. O, dövrü izah edənlər yazırlar ki, atası evdə olmadığı zamanlarda ailənin maddi və daxili işlərini ona tapşırması onun yüksək ləyaqət və işin öhdəsindən gəlməsini göstərir.

Sədra atasının və onun üçün seçilmiş ustadlarının köməyi ilə fars və ərəb ədəbiyyatını öyrəndi. Bu onun əsərlərində özünü göstərməkdədir. Onun kitablarının bəzi yerlərində Quaran ayələrini dərindən bildiyi aşkar şəkildə görsənir. Buradan onun Quaranın böyük bir hissəsini əzbərdən bildiyi aydınlaşır. Ümumiyyətlə hər elmi tədqiqatçı fars və ərəb ədəbiyyatını öyrəndikdən sonra tədris ocaqlarına üz tutur. Buna uyğun olaraq Sədra da uşaqlıq və yeniyetməlik dövründə o zamanın ən məşhur tədris ocaqlarınını oxumuş və şəriət hökmlərinin və ictihadın qayda və qanunlar elmləri olan məna, bəyan, bədi, üsul, fiqh, hədis və rical elmlərinə yiyələnmişdir. “Şərhe hikmətil işraq Sührəvərdi” kitabının müəllifi və işraq fəlsəfəsinin ardıcıllarından olan mütəkəllim və filosofların ustadı  Qutbəddin Şirazi Şiraz hövzəsində güclü nüfuza sahib idi. Bu Sührəvərdinin və Qutb Şirazinin şərh hikmətul işraq kitablarının orada tədris olunduğunu göstərir. Burada xüsusilə məntiq, kəlam və fəlsəfə kimi əqli elmlər əsas dərslərdən hesab olunurdu. Şiraz elm ocağı Xaci Nəsrəddin Tusi, Katibi Qəzvini və Qutbəddin Şirazi kimi böyük şəxsiyyətlərə şahid olmuşdur. Riyaziyyat və astranomiya kimi elmlərin geniş yayılması məntiqlidir.[3] Şübhəsiz Sədrəddin Şirazi də bu ustadlardan fəlsəfə və əqli elm sahələrində bəhrələnmişdir. Sədrəddin əsfar kitabının girişində belə yazır:

“Yeniyetməlik və cavanlıq dövrümün qüdrət və bacarığını İlahi fəlsəfəni öyrənmək üçün xərclədim”, Buradan məlum olur ki, o, öz təhsilinin başlanğıcında fəlsəfəni öyrənməyə başlamışdır.[4]

Sədra atasının ölümündən sonra İsfəhana getdi və şeyx Bəhai və Mirdamatdan istifadə etdi. Bu iki böyük alim elm və əməli cəhətdən ona çox böyük təsiri olmuşdur.[5]



[1] Muhəmməd Təqi Söhrabifər, əql və eşq (Mollasədra Şirazinin düşüncə və həyatına baxış), səh 11.

[2] Hanri Kerbinin söylədiklərinə qədər Sədra Şirazinin doğum tarixi məchul idi. Muhəmməd Hüseyn Təbatəbai Sədra Şirazinin öz dəst xətti ilə yazdığı isfardan onun doğum tarixini əldə etdi. Bax: Müqəddimeye Hanri Kerbin bər Əl- məşair.



1 next