Hicab (5)



ISLAMDA ÇARŞABIN TARIXÇƏSI

Bəziləri belə iddia edirlər ki, çox ehtimala görə, çarşab İranda qacarlar dövründə yaranmış və onun din və məzhəblə heç də əlaqəsi yoxdur.

Bu iddianın cavabı belədir:

Birinci: Bu iddianın sübutu üçün mötəbər sənəd və tarixi mənbə lazımdır ki, buna heç bir sənəd göstərilməmişdir.

İkinci: Hicab və geyimlə bağlı mənbələrin şəhadətinə əsasən, tarixi fakt və sənədlər göstərir ki, çadra və çarşab şəklində olan hicab İranda Qacarlar dövründən yüzlərlə öncə yaranmışdır. Qədim iranlı qadınların şəkillərinə nəzər saldıqda, libasdan başqa, bədənlərini müasir qadının geyindiyi çarşaba bənzər çarşablarla örtdüklərinin şahidi oluruq.[1]

Qadınlar həxaməneşi və əşkanilər silsiləsi dövründə də başlarına çarşab örtürmüş və ayaq topuqlarına qədər örtən uzun köynəklər geyinirmişlər.[2]

Həmçinin qadınlar sasanilər dövründə də bəzən başlarına geniş çarşab və dizləri ilə topuqlarının ortasına qədər olan örtük atırmışlar. Sasani qadınlarının gümüş boşqablara çəkilmiş şəkillərinə baxdıqda, özlərini çarşabla örtdüklərini görürük.[3]

Beləliklə, çarşab şəklində olan hicabın dərin tarixi-milli qaynağa malik olduğu sübuta yetir.

Üçüncü: Qurani-Kərimdə də çarşabdan ibarət hicab məsələsinə toxunulmuşdur. Belə ki, mütəal Allah Peyğəmbəri-Əkrəmə xitab edərək buyurur:

يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاء الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَابِيبِهِنَّ ذَلِكَ أَدْنَى أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا



1 2 3 next