İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (4)



ŞIƏ MƏZHƏBINDƏ FIQH VƏ HƏDIS ELMLƏRININ TƏSISÇISI

 

O “Bədr” müharibəsindən başqa bütün müharibələrdə iştirak etmiş, ömrünün bir hissəsini cihad meydanlarında keçirərək islamın düşmənlərindən olan ərəb cəngavərləri ilə vuruşmuşdu, buna baxmayaraq ömrünün digər bir hissəsini isə elmi çalışmalara sərf etmişdir, çünki o Peyğəmbər (s)-dən və Əli (ə)-dan eşitdiyi həqiqətləri yazaraq kitab şəklinə salmışdı.

Onun elm sahəsində gördüyü işlərin əhəmiyyəti onda bilinir ki, o zaman Peyğəmbəri (s)- in buyurduğu hədisləri yazmaq böyük cinayət hesab olunurdu! Çünki ikinci xəlifə rəsmi olaraq hədis yazmağı qadağan etmiş və bu barədə belə demişdir:

“Hər kəs Peyğəmbər (s)-dən hədis yazıbsa, onu yox etməlidir.”

Əbu Rafe

Bəzi vaxtlar bir nəslin məşhurlaşmasında bir və ya bir neçə seçmə şəxsiyyət rol oynayır. Bu şəxsin tarixi əzəmətinə görə bütün qohumlar şöhrətlənir və əzəmətlə yad olunurlar. Əbu Rafein nəsli də belə idi.

Əbu Rafe böyük bir nəslin təməlçilərindən hesab olunur, bu nəsl köklü və əsl şiə nəsillərindən biridir. Şiəçiliyin tarixində Əbu Rafe adı ilə tanınmışdır. Bu nəsl zaman-zaman elmə və fəzilətə malik olan böyük şəxsiyyətlərin beşiyi olmuşdur.

Bəhrul- ülum deyir:

Əburafe nəsli ən pak və ən tanınmış şiə nəsillərindəndir, bu nəslin islam və iman yolunda parlaq keçmişi vardır, Əbu Rafe nəsli bu yolda böyük və səmərəli addımlar atmışdı.”[1]

Əbu Rafe Məkkədə yaşayırdı, o bir müddət  Əbbas ibni Əbdülmütəllibin qulu olmuş , sonra isə Peyğəmbər (s)-in qulu olmaq iftixarına nail olmuşdur.  Əbbas onun islam dininə olan meylini Peyğəmbər (s)-ə xəbər verəndə Həzrət onu azad etdi və Əbu Rafe o gündən “Peyğəmbər (s)-in azad edilmişi”[2] adı ilə məhşur oldu. Əbu Rafe uzun müddət Peyğəmbər (s)-in səfalı və nurlu evində yaşadı, o Peyğəmbər (s)-ə o qədər yaxınlaşmışdı ki, Həzrət oğlu İbrahimin maması olmuş  Sələmi adlı kənizini ona ərə verdi. Əbu Rafe  Peyğəmbər (s)-in evində böyüdüyünə görə, o Həzrət sədəqədən istifadə etməyi ona qadağan etmişdir, çünki sədəqə Peyğəmbər (s)-in ailəsinə haramdır.

***



1 2 3 next