Məhdəviyyət inancı haqqında qırx hədis (2)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

MƏHDƏVIYYƏT INANCI HAQQINDA QIRX HƏDIS (2)

6- اخرج نعيم بن حماد، و ابونعيم من طريق مکحول عن علي، قال:

" قلت: يا رسول الله امنا آل محمد المهدي، ام من غيرنا؟ فقال: لا بل منا، يختم الله به الدين کما فتح بنا ينقذون من الفتنه کما انقذوا من الشرک، و بنا يولف الله بين قلوبهم، و بنا يصبحون بعد عداوه الفتنه اخوانا کما اصبحوا بعد عداوه الشرک اخوانا في دينهم."

 Nəim ibn Həmmad və Əbu Nəim “Məkhul” kitabının təriqəsi ilə Əli ibn Əbu Talibdən(ə) rəvayət etmişdir ki, buyurdu:

“ Dedim: Ey Allahın  Rəsulu, Məhdi(ə) biz Ali Məhəmməddərdır ya bizdən başqalarından?” Buyurdu: “ yox, o, bizdəndir, Allah dini  bizlə başladığı kimi onunla qurtaracaqdır, camaat bizim vasitəmizlə fitnədən nicat taparlar, necə ki, şirkdən nicat tapdılar və bizim vasitəmizlə Allah insanların qəlbləri arasında ülfət və bağlılıq yaradır və bizim vasitəmizlə camaat fitnədən qalxan düşmənçilikdən sonra bir- biri ilə qardaş oldular.”2

7- اخرج الحارث بن ابي اسامه و ابو نعيم، عن ابي سعيد، قال: قال رسول الله صلي الله عليه و آله و سلم:

" لتملان الارض ظلما و عدوانا، ثم ليخرجن رجل من اهل بيتي حتي يملاها قسطا و عدلا کما ملئت عدوانا و ظلما."

Haris ibn Əbi Usamə və Əbu Nəim, Əbu Səiddən nəql etmişlər ki, dedi: Allahın Rəsulu buyurdu:

“ Yer üzü zülm və düşmənçiliklə dolacaqdır, sonra mənim Əhli-beytimdən bir kişi qiyam edəcəkdir ki,  yer üzünü ədalətlə  və düzgünlüklə doldursun, necə ki, düşmənçilik  və zülümlə dolmuşdur.”1

8- اخرج الطبراني في الکبير و ابو نعيم عن ابن مسعود، قال: قال رسول الله صلي الله عليه        و آله و سلم :

"يخرج رجل من اهل بيتي، يواطي اسمه اسمي و خلقه خلقي، يملاها قسطا و عدلا کما ملئت ظلما و جورا."



1 2 next