NÜBÜVVƏTİN SONU (2)



İnsan yer kürəsində yaşayan və ictimai həyat sürən yeganə canlı deyil. Bir sıra qanun-qayda, nizam-intizam və dəqiq təşkilatla ictimai həyat sürən digər canlılar da mövcuddur. Onların həyatı, bəşərin əksinə olaraq, meşə dövrü, daş dövrü, dəmir dövrü, və atom əsri və s. dövrləri meydana gətirməmişdir; Növlərinin ilk yaradılışından hazırda olduqları təşkilata və qanun-qaydaya malikdirlər. Yalnız insandır ki,

                                                             ﴿وَخُلِقَ الإِنسَانُ ضَعِيفًا﴾

"İnsan zəif yaradılmışdır"[5] ayəsinin hökmünə əsasən, həyatı sıfırdan başlayaraq, sonsuzluğa qədər irəliləyir. İnsan, təbiətin yetkin oğludur, elə bu cəhətdən də azaddır, ixtiyarlıdır, qəyyumluğa və instinkt adlı gizli bir qüvvənin vasitəsilə hidayət olmağa ehtiyacı yoxdur. Sair canlıların, qaçılmaz instinkt qüvvəsilə həyata keçirdiklərini o (insan), əqlin və təyin edilmiş qanunların azad mühitində həyata keçirir:

                                                     ﴿إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا﴾

"Biz ona haqq yolu göstərdik. İstər şakir olsun (minnətdar olsun), istər kafir (nankor) (bu onun azad seçimidir)".[6]

Sapqınliq, süqut və durğunluğun başqa canlılarda deyil, yalnız insanda olmasının sirri də elə buradadır. İnsan başqa canlılardan fərqli olaraq (belə ki digər canlılar, öz yerlərində sabitdirlər, özlərini tərəqqiyə və ya geriyə doğru aparmağa, sağa-sola əyilməyə və ya iti ya ləng getməyə qadir deyillər), öz ixtiyarı ilə özünü həm irəliyə və həm də geriyə doğru aparması, düz yoldan çıxaraq həm sola və həm də sağa sapınması mümkündür. Həm sürətli və həm də asta gedə bilər və bir sözlə, həm "şakir" (minnətdar) bir bəndə ola bilər və həm də "kafir" (nankor) bir boyunqaçıran; bu baxımdan daima ifratla təfrit arasında get-gəllərin əlində əsirdir.

Bəşər cəmiyyəti bəzən elə durğunlaşır və adətlərin əsirinə çevrilir ki, buxovları qıraraq ona hərəkət verə biləcək bir qüvvəyə ehtiyac duyur, bəzən də nəfsani meyllərə elə tərzdə qapılır ki, xalqın qeyrət və namusunu unudur; bəzən qürur, təkəbbür və eqoistliyə qapılır, bu zaman onu zöhd, riyazət, xudpəsəndliyi tərk etmə, özünün və başqalarının haqlarını riayət etmə istiqamətində təkan verəcək bir qüvvənin mövcudluğu zərurətə çevrilir, bəzən isə, elə süstlüyə, laqeydliyə və zülmkarlığa adət edir ki, "mənliyini", şəxsiyyətini və məsuliyyət hissini ayıltmaqdan başqa çarə tapılmır. Aydındır ki, ifrat ya təfrit, sağa ya sola əyilmə hər biri özünə məxsus proqram tələb edir. Sağ tərəfə sapınmış cəmiyyət üçün, islahatçı qüvvə sola meylli olmalıdır. Eynilə də əksinə.

 



[1] Səfinətul-Bihar, "zərr" sözü.

[2] Usuli-Kafi, c.1, səh.91

[3] Rum, 30

[4] Ənam, 153.

[5] Nisa, 28

[6] İnsan, 3



back 1 2 3 4 5