NÜBÜVVƏTİN SONU (2)



Şübhəsiz, "Qul huvəllahu əhəd" surəsi, Hədid surəsinin ilk və Həşr surəsinin son ayələri neçə min il öncəki insanlar üçün (hətta min il əvvəlin insanları üçün) dərk olunası deyildi. Bu ayələr tovhid əhlindən yalnız az sayda fərdləri öz dərinliyinə cəzb edirdi. İslam ədəbiyyatında qeyd edilmişdir ki: "Allah, sonralar dərin düşüncəli insanların dünyaya gələcəyini bildiyinə görə "Qul huvəllahu əhəd" surəsini və Hədid surəsinin ilk beş ayəsini nazil etdi".[2]

Ümumi bir prinsipin ayrı-ayrı şəraitdə icra forması da fərqli çeşiddədir. Peyğəmbərlərin metodlarındakı təfavüt qanunun ruhundan deyil, onun icra forması baxımından olmuşdur. Bu, sonralar barəsində danışacağımız bir mətləbdir.

Qurani-kərim heç vaxt "din" sözünü cəm şəklində (ədyan) gətirməmişdir. Din sözü Quranda hər yerdə tək şəkildə gəlmişdir, çünki var olmuş və var olan dinlər deyil, dindir.

Bundan əlavə, Quran açıq-aydın buyurur ki, din, insan fitrətinin istəyi və bəşərin ruhi təbiətinin nidasıdır.

                                              ﴿فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا﴾

"Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut."[3]

Məgər bəşər neçə cür fitrət, təbiət və yaradılışa sahib ola bilər?! Dinin əvvəldən sonadək vahid olması və bəşər fitrəti ilə bağlılığı (o da öz növbəsində birdən artıq ola bilməz) böyük bir sirrə, fəlsəfəyə malik olub, təkamülün hikmətinə dair bizə spesifik bir baxış bəxş edir. "Təkamül" sözü ilə hamı tanışdır; hər yerdə təkamüldən söz açılır: dünyanın təkamülü, canlıların təkamülü, insanın və toplumun təkamülü.

Bu təkamül nədir və necə baş verir? Görəsən bir sıra təsadüfi səbəblərdirmi ki, təkamüllə nəticələnir, yoxsa, təkamülə doğru gedən varlığın təbiətində təkamülə doğru meyl mövcuddur ki, o öncədən öz yolunu seçmişdir?

Quran baxımından, dünyanın, insanın və cəmiyyətin təkamül prosesi əvvəlcədən məqsədyönlü şəkildə "Sirat əl-Mustəqim" xətti üzərində istiqamətləndirilmiş və onun başlanğıcı, trayektoriyası və sonunu müəyyən edilmişdir:

                                     ﴿وَأَنَّ هَذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُواْ السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ﴾



back 1 2 3 4 5 next