NÜBÜVVƏTİN SONU (2)



"İbrahim və Yəqub öz oğlanlarına belə vəsiyyət etdilər: Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"

Bu barədə Quran ayələri xeylidir, bütün bu ayələri qeyd etməyə lüzum yoxdur.

Şübhəsiz ki, peyğəmbərlərin bəzi qanunlarda və şəriətlərdə bir-birləri iləəyyən fərqləri olmuşdur. Quran dini vahid bilməsinə baxmayaraq, eyni zamanda şəriətlərin, qanunların fərqliliyini də qəbul edir. Bu haqda Maidə surəsi, ayə 48-də deyilir:

                                                          ﴿لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا﴾

"Sizin hər biriniz (hər qövm, hər ümmət) üçün bir şəriət və bir yol tə’yin etdik."

Lakin, peyğəmbərlərin dəvətindəki nəzəri və praktiki prinsiplər eyni olduğu və onların insanları bir magistral yola yönəltdikləri üçün cüzi qanunların-şəriətlərin müxtəlifliyi, Quranın məntiqində "İslam" adlandırılan bu yolun mahiyyətində-cövhərində təsir bağışlamamışdır. Peyğəmbərlərin təlimlərinin bir-biri ilə fərqliliyi, bir ölkənin vahid konstitusiyadan ilham alaraq, dəyişkən zamanlarda icraya qoyulan proqramlarına bənzəyir. Peyğəmbərlərin təlimləri bir sıra fərqliliklər ilə yanaşı, eyni zamanda bir-birlərinin təkmilləşdiricisi və tamamlayıcısıdırlar.

Peyğəmbərlərin səmavi təlimlərindəki müxtəliflik ziddiyyətli təfəkkürə sahib olan fəlsəfi, siyasi, ictimai və ya iqtisadi məktəblərin ixtilafı kimi olmamışdır; peyğəmbərlər, vahid bir məktəbin və tezisin davamçısı olmuşlar.

Peyğəmbərlərin təlimlərindəki fərqlilik, ya ali siniflərlə aşağı səviyyəli siniflər arasındakı fərqin və ya bir prinsipin ayrı-ayrı şərait və durumlarda fərqli çeşiddə icraya qoyulmasının tipindəndir.

Bidiyimiz kimi, şagird yuxarı siniflərdə elə məsələlərlə qarşılaşır ki, əvvəllər buna rast gəlməməsi ilə yanaşı, bəzən öncədən öyrəndiyi, uşaq zehni ilə canlandırdığı bir sıra məsələlər alt-üst olur. Peyğəmbərlərin təlimləri də belədir.

Tovhid, peyğəmbərlərin ucaltdığı binanın bünövrəsini təşkil edir; lakin tovhidin özü dərəcə və mərtəbələrə bölünür. Bir avamın vahid Allah haqda zehnində olan təsəvvürü, bir arifin qəlbində keçənlərlə eyni deyil. "Əgər Əbuzər Səlmanın qəlbindəkiləri bilsəydi, onu kafir sanar və onu öldürmək fikrinə düşərdi".[1]



back 1 2 3 4 5 next