NÜBÜVVƏTİN SONU (2)



NÜBÜVVƏTIN SONUNUN SIRRI

NÜBÜVVƏTİN SONU

Quranı büsbütün əhatə etmiş ayələrdə dünyanın əvvəlindən sonuna qədər dinin vahid olması və bütün peyğəmbərlərin bəşəriyyəti bir olan dinə tərəf çağırmaları haqda heyrətamiz sirlər var. Şura surəsi 13-cü ayədə oxuyuruq:

                   ﴿شَرَعَ لَكُم مِّنَ الدِّينِ مَا وَصَّى بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى﴾

"Allah: "Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi (bir din olaraq təyinləşdirdi)."

Quran hər yerdə Adəmdən Muhəmmədə (s) qədər insanları ona tərəf dəvət etdiyi bu qanunun, dinin adını "İslam" adlandırır. Məqsəd isə, hər bir dövrdə bu adla tanınması demək deyil. Məqsəd budur ki, din elə bir həqiqətə, mahiyyətə malikdir ki, onu ən gözəl tanıtdıran "İslam" kəlməsidir. Ali-İmran surəsi 67-ci ayədə İbrahim haqda buyurur:

                                          ﴿مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلاَ نَصْرَانِيًّا وَلَكِن كَانَ حَنِيفًا مُّسْلِمًا﴾

"İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O haqqa yönəlmiş olan müsəlman idi."

Bəqərə surəsi 132-ci ayədə isə, Yəqub və onun övladları haqda belə deyir:

                 ﴿وَوَصَّى بِهَا إِبْرَاهِيمُ بَنِيهِ وَيَعْقُوبُ يَا بَنِيَّ إِنَّ اللّهَ اصْطَفَى لَكُمُ الدِّينَ فَلاَ تَمُوتُنَّ إَلاَّ وَأَنتُم مُّسْلِمُونَ﴾



1 2 3 4 5 next