İMAMƏT (3)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 IMAMIN TƏYIN OLUNMASI İslam ümməti üçün rəhbərin lazımlığı çox aydın və aşkar bir məsələdir. Lakin əsas məsələ müsəlman millətləri üçün rəhbərin kim tərəfindən tə'yin olunmasıdır ki, bu haqda müsəlmanlar arasında iki növ əqidə mövcuddur. Onlardan biri əhli-sünnət qardaşlarımıza aiddir ki, onlar islam ümməti üçün rəhbərin (xəlifənin) seçkilər və şura vasitəsi ilə tə'yin olunmasının tərəfdarıdır. Digər əqidə isə Əhli-beyt məktəbi ardıcıllarına aiddir ki, onlar ümmət üçün rəhbərin yalnız Allah tərəfindən tə'yin olunmasını qəbul edir və məhz bu yolu ağıl və məntiqə uyğun hesab edirdilər. Bu məktəbin əqidəsinə görə xalq tərəfindən seçilmiş rəhbər yalnız bir sıra zahiri işləri idarə edə bilər və xalqın ilahi rəhbərliyi heç vaxt şura və seçki vasitəsilə tə'yin ola bilməz. Çünki belə bir üslubun tətbiqi, bir sıra xoşagəlməz işlərin yaranması və son dərəcə həyati olan vəzifənin təsadüfi şəxslərin əlinə düşməsinə səbəb ola bilər. Məsələn; xalq arasında böyük mənsəb sahibi olanlar, var-dövlət və qüdrət sahibləri çox asanlıqla bu ilahi rəhbərliyi ələ keçirib, xalqı və islam ümmətini Allahın dediyi kimi deyil, öz istəyi və nəzəri ilə idarə edə bilərlər. Bu isə İslam şəriəti və ümməti üçün ən böyük təhlükədir. Bunu da qeyd etmək lazımdır ki, Əməvi və Əbbasi xilafətləri zamanı uzun müddətli bir siyasət nəticəsində xilafət və ilahi rəhəbrlik məsələsi sü'ni şəkildə dəyişdirilmiş, əvəzində isə padşahlıq, varislik və dünyəvilik əsasında hökm edən hökumətlərə gətirilmişdir. İmamət və rəhbərlik məsələsi, həqiqətdə İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləmin ümmət üzərində olan ilahi rəhbərliyinin davamıdır. Həzrət Peyğəmbərin (s) isə xalq tərəfindən deyil, yalnız Allah tərəfindən bu mühüm iş üçün tə'yin olunması hamıya aydındır. Unutmaq olmaz ki, islam ümməti üçün rəhbərin şura və seçkilər vasitəsilə deyil, məhz Allah tərəfindən tə'yin olunması, məntiqlə uyğun gələn bir əqidədir.
|