NÜBÜVVƏT



İslam Peyğəmbərinin (s) dövründə də ərəb şe'r ədəbiyyatı özünün ən yüksək dərəcəsi və intibah dövrünə çatmış, Qur'an isə öz gözəl söz ustalığı ilə onların hamısına üstün gəlmişdir.

Bütün bu dəlillərə əsasən Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm Allahın peyğəmbəri olub xalqın hidayəti üçün göndərilmiş ilahi elçidir.

PEYĞƏMBƏRLİYƏ AİD BİR NEÇƏ SÖZ

Nübuvvət fəslinin sonunda peyğəmbərliyə aid bir neçə mühüm mövzunu diqqətinizə çatdırırıq:

Birinci:

Bütün ilahi peyğəmbərlərin Allah-təala ilə rabitə və əlaqəsi üç yoldan xaric olmamışdır və bu üç yol; vəhy, hicab arxası və mələk vasitələrindən ibarətdir.

Qur'ani-kərimdə oxuyuruq:

«Peyğəmbərlər arasında olan Heç bir bəşər, vəhy, (qeyb aləminin) pərdə arxası və göndərilmiş mələkdən ki, Allahın əmri ilə istədiyini vəhy edir, bir vasitə ilə Allahla danışa bilməz və O Allah uca məqamlı və Hikmətlidir.»[58]

İkinci:

Əhli-beyt məktəbinin əqidəsinə əsasən hər bir peyğəmbər aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 next