NÜBÜVVƏT



Məsələn, nəql olunmuş rəvayətə əsasən Məkkə müşriklərindən bir dəstəsi o həzrətin yanına gəlib onlar üçün bir mö'cüzə göstərməsini xahiş etdilər. həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm, mübarək barmağı ilə 14-kecəlik aya işarə etdi və ay iki hissəyə bölündü. Sonra bir daha bitişdi. Elə bundan sonra «Qəmər» surəsinin 1-ci və 2-ci ayələri nazil oldu:

 «(Qiyamət günü) yaxınlaşdı və ay (iki yerə) bölündü, Kafirlər isə (belə bir böyük mö'cüzəni) gördükdə bir daha inadkarlıq edib «bu açıq-aşkar bir sehrdir» deyərlər.»

 Qeyd etmək lazımdır ki, bu haqda istər şiə, istərsə də əhli-sünnət tərəfindən çoxlu rəvayət və hədislər nəql olunmuşur.

Həmçinin Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin digər möcüzələri kimi, bə'zi vaxtlar Allahın izni ilə qeybdən xəbər verməsi, günəşi geri qaytarması, heyvanları dilə gətirməsi, bir ovuc qumla müşriklərin gözünü tutması, xəstələrə şəfa verməsi və s... möcüzələri sadalamaq olar.[53]

Yeri gəlmişkən xatırladaq ki, həzrət Peyğəmbər yalnız zəruri hallarda mö'cüzə göstərirdi.

həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin ən böyük mö'cüzəsi «Qur'ani-kərimdir».

Bir neçə dəlilə görə Qur'ani-kərim ilahi mö'cüzə sayılır:

1-hər növ mədəniyyətdən uzaq düşmüş Ərəbistan yarımadasında Qur'anın nazil olması, çox təəccüblü və heyrətləndirici bir iş idi. Qur'ani-kərim ən gözəl ərəb üslubunda nazil olmuş və əsrin məşhur ədiblərini mat-mə`təl qoymuşdur.

2-Ömrünün sonunadək yazıb oxumamış və heç bir müəllim görməmiş Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin belə bir kitab gətirməsi, Qur'ani-kərimin mö'cüzə olmasına ayrı bir sübutdur. Qur'ani-kərimdə oxuyuruq:

 «(Ey peyğəmbər! kafirlərə) de ki, əgər Allah istəməsəydi mən bu Qur'anı sizin üçün oxuya bilməzdim, şübhəsiz mən bir ömür boyu sizin aranızda yaşamış (və heç bir müəllimdən dərs almamış)-am. Belə olan halda ağlınızı işə salmayıb (bu müqəddəs kitabın mö'cüzə olduğuna inanmayacaqsınızmı?)»[54]



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 next