NÜBÜVVƏT



Cəmiyyətin inkişafı və tərəqqisi üçün dəyərli və həqiqi qanuna ehtiyac olsa da, sədaqətli, agah və mə'sum rəhbərə də ehtiyac duyulur.

İlahi peyğəmbərlər də xalqa hərtərəfli rəhbərlik edib onları doğru yola və səadətə yönəldərək bir sıra ictimayi azğınlıq, təfriqə və s... kimi nöqsanların qarşısını alır, həmçinin xalq arasında işgüzar və çalışqan hazırlıqları ilə mö'min xalq üçün qənimət sayılırlar.

İSLAM PEYĞƏMBƏRİNİN NÜBÜVVƏTİNİN İSBAT OLUNMASI

həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm miladi tarixi ilə 570-ci ildə sübh çağı (Cüm'ə günü Rəbiul-əvvəl ayının 17-də) Ərəbistan yarımadasının Məkkə şəhərində dünyaya göz açdı.

O, gənclik illərində ticarətlə məşğul olur və xalq arasında «Əmin»-doğruçu ləqəbi ilə tanınırdı. O həzrət 25 yaşında «Xədicə» adlı bir qadınla ailə həyatı qurdu və peyğəmbərliyə çatmazdan öncə hər il «hera» dağında yerləşən mağarada ibadətə məşğul olurdu.

O Həzrət 40 yaşında ikən peyğəməbərliyə çataraq bütpərəstlik və şirklə mübarizəyə qalxdı.

İslam dini o zamanlar bir sıra ərəb ölkələrinə nüfuz edə bilsə də, zaman keçdikcə dünyanın bir çox nöqtələrinə, o cümlədən Avropa, Afrika və Asiya ölkələrinə yayılmağa başladı və hal-hazırda bir milyarddan artıq insan İslam dininin ardıcılı sayılır.

Qeyd etmək lazımdır ki, hal-hazırda bir çox dinlərin ardıcılları İslam dininin həqiqətini dərk edib ona üz tutur və müsəlman olurlar.

Qeyd etdiyimiz kimi, ilahi peyğəmbərləri bir neçə yol ilə tanımaq olar ki, burada o yolları bir-bir sadalayıb həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin peyğəmbərliyini sübuta yetirəcəyik.

1-Peyğəmbərin gözəl rəftarı, xalq arasında yaxşı tanınması və azğın yollara düşməməsi və s..



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 next