Hicab (4)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

BAŞQALARININ GÖRÜNÜŞÜNDƏ HICAB

1. Yaponiyalı qadın Saçiko Murata orta təhsilini bitirdikdən sonra Çelba universitetinin hüquq fakultəsinə qəbul olur. O, hüquq üzrə diplomunu aldıqdan sonra İlahiyyat fakultəsi üzrə təhsilini davam etdirir, ərəb və fars dillərini bilməsə də, tam ciddiyyətlə həmin dilləri öyrənir və nəhayət, İlahiyyat Elmləri Doktoru dərəcəsinə nail olur. Özü budizm, əri məsihi idi. Çox ehtimal ki, İran İslam İnqilabından sonra müsəlman olur. Ondan “Sizin nəzərinizcə, hicab nədir?” “Siz hicablı qadınlara daha çox üstünlük verirsiniz, yoxsa açıq-saçıq qadınlara?” – deyə soruşulduqda, belə cavab verir: “Mən mütləq hicablı qadınlara üstünlük verir və əqlin qəbul etdiyi həddə hicab və örpəyi qəbul edirəm. Çünki qadının dəyəri hicablı olmasındadır. Adətən, hər bir insanın təbiəti tələb edir ki, müxtəlif məsələləri kəşf etsin. Qadınlar bugünkü kimi açıq-saçıq olduqda, bir daha kişilərin diqqətini özünə cəlb etməyəcək. İnsan mühüm bir məsələ ilə bir neçə dəfə üzləşsə, təbii ki, həmin məsələ öz əhəmiyyətini itirəcəkdir. Bu məsələ ər-arvad münasibətlərinin möhkəmlənməsində böyük rol oynayır və olduqca təsirlidir. Geyimə laqeyd yanaşan və qısa libaslar geyinib açıq-saçıq gəzən qərb qadınlarının evlilik rabitələri elə də möhkəm deyildir. Yaponiya qadınları təhsil mövqeylərindən asılı olmayaraq evdarlığa üstünlük verir, övladlarını yaxşı tərbiyələndirir və ərlərinə də daha çox ehtiram göstərirlər...”[1]

2. Qadınlar barəsində kino ssenarisi yazmaq ixtisası üzrə yüksək rütbələrə malik olan Alfred Hiçkak belə deyir: “Mənim nəzərimcə, qadın da çox həyəcanlı bir kino kimi olmalıdır. Yəni öz mahiyyətini çox az büruzə verməli, öz mahiyyətinin kəşf olunması üçün kişiləri daha artıq təxəyyül və təsəvvürə vadar etməlidir. Qadınlar həmişə bu əsasda rəftar etməli, yəni öz mahiyyətlərini az büruzə verməlidir ki, kişilər onun mahiyyətini kəşf etmək üçün özlərini daha çox zəhmətə salsınlar. Şərq qadınları bir neçə il bundan öncəyə qədər istifadə etdikləri hicab və niqab səbəbi ilə kişiləri istər-istəməz özlərinə cəzb edirdilər. Bu da onlara güclü cəzzabiyyət bağışlayırdı. Amma bu ölkələrin qadınları qərb qadınlarını yamsılamağa başladığı vaxtdan, tədricən, onların başında olan hicab aradan getmiş, bununla eyni zamanda onların cinsi-mənəvi cazibəsi də azalmağa başlamışdır.”[2]

3. Bertrand Rassel deyir: “İncəsənət baxımından təssüflü haldır ki, qadınları çox asanlıqla ələ gətirmək olur. Daha yaxşı olardı ki, qadınların vüsalı çox çətin olsun, amma qeyri-mümkün olmasın.”[3]

4. Bir neçə müddət bundan öncə müsəlman olan və Belçikada müsəlman qadınlarından ibarət dini qurumda hicab və İslam geyimi ilə bağlı tədris edən belçikalı qadın Viktoriya belə deyir: “İslam dinini qəbul etdikdən sonra İslam hicabına diqqət yetirmir və örpəkli olmağa elə də meylli deyildim. Lakin sonralar başa düşdüm ki, hicab mənim Allahla rabitəm deməkdir və mənə həmişə xatırlayır ki, müsəlman bir şəxs kimi yaşamalıyam...”[4]

5. Məşhur xristian alimi Corci Zeydan deyir: “Hicab dedikdə, bədəni çadra, çarşab, niqab və bu kişi şeylərlə örtmək nəzərdə tutulursa, bu məsələ İslamdan, hətta İsa Məsih (ə) dinindən qabaq olmuş və xristianlar onda dəyişiklik etməmişlər. Orta əsrlərə qədər Avropada adi hicab olmuş və indiyə qədər də onun əsər-əlamətlərindən qalır.”[5]

 



[1] “Hüquqi-zən”, Şəhid Mütəhhəri, səh. 16.

[2] “Hicab məsələsi”, Şəhid Mütəhhəri, səh. 55-56.

[3] Yenə orada, səh. 55.



1 next