Elmin həqiqəti (10)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 BEŞINCI FƏSIL: ELM VƏ HIKMƏTIN YÜKSƏK NÜMUNƏLƏRI
Peyğəmbərlər
Quran "(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər. (Bu zaman) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm", - deyə buyurmuşdu!"[1] "(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-nemətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi)."[2] "Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı)."[3] "Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, (bir dəfə) bir tayfa (Məkkə müşriklərini və ya Bəni Sələb qəbiləsi) sizə əl qaldırmaq (hücum etmək) niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər!"[4] "(Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!"[5] Hədis Peyğəmbəri- əkrəm (s): (bir qurup) oğlan uşaqları yəhya ibn Zəkəriyyaya (uşaq ikən) dedilər: Gəl gedək oyun oynayaq. Yəhya buyurdu: Mən oyun üçün yaranmamışam, (gəlin) gedək namaz qılaq. Bu Allahın bu ayəsinin nümunəsidir ki, buyurdu: "(Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) "Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik."[6] İmam Əli (ə) Peyğəmbəri (s) xatırlayarkən: (Allah) onu peyğəmbərlər silsiləsi arasından, yanan və işıq saçan çıraq, Bətha vilayətində (məkkə məntəqəsində), qaranlığın qəlbində bir çıraq və hikmət çeşməsindən seçdi.[7] İmam Sadiq (ə): Davud peyğəmbər (ə) Süleyman peyğəmbərdən sual soruşdu və istəyirdi ki, bilə o, hikmətdə haraya yetişibdir.
|