NÜBÜVVƏTİN SONU (1)



Bütün bunlar peyğəmbərliyin sona yetməsi əqidəsindən qaynaqlanan suallardır?

Bu əqidəni təqdim edən İslam bütün bu sualları cavablandırmışdır. İslam nübüvvətin sonu ideyasını elə tərzdə canlandırmışdır ki, nəinki insanda şübhə və tərəddüdə yer qoymur, hətta onu böyük bir fəlsəfə kimi formalaşdırır. İslam nəzərindən, nübüvvətin sonu ideyası bəşəriyyətin tənəzzülü, bəşəri istedadların azalması, zəmanənin sonsuzluğu, bəşərin ilahi xəbərə ehtiyacsızlığı və bəşərin dəyişkən müxtəlif zaman və dövrlərdə ehtiyaclarına cavab verməklə ziddiyyət təşkil etmir, əslində özgə bir səbəb və fəlsəfəsi vardır.

Hər şeydən öncə xatəmiyyət ideyası ilə İslam təqdim etdiyi kimi tanış olaq, onu araşdıraq və daha sonra öz suallarımızın cavabını eşidək.

Əhzab surəsinin 40-cı ayəsində buyurulur:

                                    ﴿مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ﴾

"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur."[2]

Bu ayə rəsmi şəkildə həzrət Muhəmmədi (s) "xatəm ən-nəbiyyin" (peyğəmbərlərin sonuncusu) ləqəbi ilə yad edir.

"Xatəm" sözü ərəb dilində hərfi mənada, nəyisə sona çatdırmaq üçün istifadə olunan şey mənasını ifadə edir. Məktubu bağladıqdan sonra üzərinə vurulan möhür də məhz bu baxımdan "xatəm" adlanır. Çünki adətən üzüyün qaşının üzərinə xüsusi ad və əlamət yazılırdı ki, elə bu şəkildə məktubların üzərinə vurulduğundan, üzüyə də "xatəm" deyirdilər.

"Xatəm" sözü ilə bir kökdən olan bütün sözlər Quranda hər yerdə sona yetirmək, yaxud bağlamaq mənasını ifadə edir. Məsələn Yasin surəsinin 65-ci ayəsində belə oxuyuruq:

                               ﴿الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ﴾



back 1 2 3 next