Hicab (3)



HİCABIN HƏQİQİ FƏLSƏFƏSİ

Geyim və hicabın yaranmasının əsas və kökünü qadının Allah-taala tərəfindən daxilində qoyulmuş məharətli instinktual hislərində arayıb-axtarmaq lazımdır.

Qadının həya, iffət, meyl və geyim kimi cinsi əxlaq və rəftarının əsas səbəbi və onun necə yarandığı ilə əlaqədar daha dəqiq nəzəriyyələr vardır. Belə ki, qadının bu əxlaqı kişinin müqabilində öz mövqeyini qorumaq və özünü qiymətli-dəyərli göstərmək üçün ilham aldığı bir tədbirdir.

Digər tərəfdən burada belə sual yaranır ki, görəsən, kişinin qadından ləzzət alması təmənnasız olmalıdırmı? Görəsən, kişinin haqqı vardırmı ki, hər bir yerdə hər bir qadından bacardığı qədər ləzzət alsın?!

Bu məsələnin incəliyinə və əsl ruhuna nəzər yetirən İslam dini bu sualların qarşısında qətiyyətlə dayanır və belə cavab verir: “Xeyr! Şəriət baxımından kişilər qadınlara yalnız ailə mühitində, qanuni evlənmək çərçivəsində, eləcə də bir sıra ağır iltizamlarla yanaşı, qadından qanuni həyat yoldaşı kimi ləzzət ala bilərlər. Lakin ictimai mühitlərdə yad qadınlardan hər hansı bir cinsi və intim məqsədlərlə yanaşmaq qəti qadağandır. Qadınların da ailə mühitindən kənarda kişilərə bu məqsədlə yanaşmasına heç bir şəkildə icazə verilmir.”

İslamda hicab və geyim ümumi və əsaslı bir məsələdən nəş`ət tapmışdır, o da budur ki, İslam dini paklığın yüksək dəyərinə və əhəmiyyətinə, qadınla kişinin cinsi rabitələrinin – istər baxmaqla, istər ləms etməklə, istər səsini eşitməklə, istərsə də yaxınlıq etməklə – qanun çərçivəsində, ailə mühitində olmasına tam diqqət yetirmiş, bu paklığın hər hansı bir ad və ünvan altında ləkələnməsinə heç vaxt razı olmamış, iş və fəaliyyəti isə ictimaya məxsus etmişdir.

İslam geyiminin bir neçə fəlsəfəsi vardır:

1. Ruhi-psixi aramlıq:

Kişi-qadın münasibətlərinin qeyri-qanuni olması və rabitə azadlığı intim əlaqə və həyəcanları artırır, cinsi istəklər ruhi susuzluğa çevrilir.

Cinsi istək güclü instinktual bir qüvvədir ki, ona daha çox itaət olunduqda, daha da həddini aşır və insanı ehtiras sadizminə yönəldə bilir.



1 2 3 4 5 6 7 next