İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (3)



QURANDA ELMI SEYR

Übəy ibni Kəb Quranın düzgün qiraətinin mahir ustadı olmasından əlavə, Qurani kərimin uca və dərin mənalı ayələrini dərk etmək üçün aydın zehnə və geniş fikrə malik idi. Bildiyimiz kimi, Quranın həqiqətlərini və bu səmavi kitabın fəsahət və bəlağət mərtəbələrini düşünmək üçün məxsus bir zövqə ehtiyac vardır. Ərəb dilini və bu dilin qrammatikasını bilənlər Quranın zahiri mənasını başa düşə bilərlər. Amma şübhəsiz, Qurani kərimin yüksək həqiqətlərinə və ali məfhumlarına nail olmaq, Allah tərəfindən əta olunmuş zövq və istedada malik olanlara və bu səmavi kitabda müdavim olaraq elmi araşdırmalar aparanlara aid ola bilər.

Übəy ibni Kəb bu xüsusiyyətlərə malik olan şəxslərdən idi, O Quranın mübarək ayələrini diqqətlə oxuyur və araşdırırdı. Bir gün islam Peyğəmbəri (s) öz şagirdinin (Übəy ibni Kəbin) zövq baxımdan istedadını yoxlamaq məqsədilə ondan soruşdu: Sənin nəzərinə görə, bu qədər Quran ayələrindən hansı ayə daha əzəmətli və fövqüladədir? Übəy öz böyük və ilahi ustadı olan Peyğəmbəri (s)-in sualını belə cavablandırdı : الله لا اله الا هو الحی القیوم(yəni, Bəqərə surəsinin 255-ci ayəsi) bu ayə “Ayətül kürsü” adı ilə məşhurdur.[1]

Peyğəmbəri (s) onun bu cavabından sonra əlini Übəyin sinəsinə qoyaraq buyurdu: “Belə elmə görə sənə halal olsun.”

Übəy və Quranın dərki

“Übəyin” Qurani kərimdə olan zərif mənalı ayələri bəyan etməsi ilk dəfə deyildi. O həmişə münasib fürsətlərdə islam dininin gözəl təlimlərini Quran ayələrinə əsaslanaraq sübuta yetirir və müsəlmanları bu təlimlərdən itaət etməyə çağırırdı. Bu barədə aşağıda nəql edəcəyimiz hadisəyə diqqət yetirək: Böyük islam peyqəmbəri(s)-in vəfatından sonra müsəlmanların arasında dərin  ixtlaflar yarandı, Mədinə şəhərinə ayrıseçkilik və parçalanma körgəsi düşdüş. Əgər vəziyət belə davam etsəydi islam və müsəlmanların gələcəyi qaranğa doğru gedəcəkdi .Übəy ibni Kəb bütün bunlara görə narahatlıq keçirir və bu ixtilafların  dəhşətli aqibətindən qorxurdu .Eiə buna görə müsəlmanlara müraciyət edərək deyirdi : Allah-Taala dünyada olan millətləri  dörd üsulla cəzalandırır. Necəki Quranda bu barədə buyurur: “De Allah başınızın üstündən və ayaqlarınızın altından sizə əzab gondərməyə sizi dəstələr halında qaşılamaqa və birinizə digərinizin zorunu daddırmaqa qadirdir! “Gör ayələrimizi onlara nə jür izah edirik ki  bəlkə başa düşələr ![2]

Sonra o əlavə edərək dedi: İndi müsəlmanlar Allahın iki əzabına düçar olublar, yəni onlar bir-birlərinin çanlarına düşüb öz aralarında ixtilaf yaratdıqlarına görə digər iki əzabın intizarında olsunlar.[3]

O həmişə həyatda Qurandan ilham alardı və bunu başqalarına da tövsiyyə edərdi. Bir gün bir şəxs Übəydən onu nəsihət etməsini istədi. Übəy ibni Kəb dedi: Allahın kitabını özün üçün örnək və hakim bil, çünki Quran Peyğəmbəri (s)-in bizim aramızda qoyduğu yadigardır. Qurani Kərim ona itaət edənlərin Allah dərgahında şəfaətçisi və müsəlmanların yaşayış  tərzlərini təyin edən bir kitabdır. Quran töhmətdən və yalandan uzaq olan bir şahiddir, onda müsəlmanların və keçmişdə yaşayan ümmətlərin macaraları bəyan olmuş və eləcə də onda müsəlmanların yaşayış tərzi və şəri hökümləri öz əksini tapmışdı. Quran indiki və gələcəkdə yaşayan müsəlmanların gələcəyindən xəbər vermişdir.

Onun əxlaq baxımdan olan baxışları

Übəy ibni Kəb bəzi vaxtlar quran təlimlərindən ilham alaraq dəyərli və ibrətamiz sözlər bəyan edirdi, bu onun mənəvi şəxsiyyətinin və əxlaqi baxışlarının göstəricisi idi. O deyirdi: “İmanlı şəxs çətinliyə düşdükdə səbr edir və əgər ona hər hansı nemət verilərsə şükr edir, belə şəxs düz danışan olur və əgər bir məsələ barəsində hökm edərsə onun hökmü ədalətə əsaslanır.[4]

Aşağıda bəyan edəcəyimiz bu cümlə isə Übəyin təqvasının və xalis niyyətinin mərtəbəsini aşkar edən sözlərindəndir:

“Hər kəs şəriətin qadağa qoyduğu bir əməli, Allah rızası üçün tərk edərsə, Allah taala ona güman etmədiyi yerdən əvəz verər.”

Übəy ibni Kəb və səqifə hadisəsi

İslam Peyğəmbərinin  (s) vəfatından sonra, “Səqifə” hadisəsinin təşkilatçıları, tələsik və əvvəlcədən hazırlanmış planla hakimiyyəti ələ keçirərək Əbu Bəkri xəlifə və islam Peyğəmbərinin (s) canişini adı ilə hakimiyyətə gətirdilər! Bu hadisənin nəticəsində islam dünyasının ən layiqli şəxsi Əli (ə) müsəlmanların rəhbərliyindən kənarlaşdırıldı!



1 2 3 4 5 next