ƏHLİ BEYT(Ə)-A MƏHƏBBƏTDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Qur`an oxumaqla. Cameus-səğir /1/14. İmam Sadiq əleyhissalam buyurur: Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir olmasa, əməli-saleh dostlarımıza yaxşılıq etsin və hər kəs bizi ziyarət etməyə qadir olmasa, saleh şiələrin ziyarətinə getsin. Bu halda onun üçün bizi ziyarət etmək savabı yazılacaq. Biharul-ənvar /74/354. İmam Məhəmməd Baqir əleyhissalam buyurur: Bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olan əməllərin ən yaxşısı Allaha, Onun Rəsuluna və ixtiyar sahiblərinə (imamlara) itaət etməkdir. (…yenə buyurur…) Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək isə küfrdür. Kafi /1/187. İmam Sadiq əleyhissalam buyurur: Həqiqətən hər bir ibadətdən üstün bir ibadət var. Ən yaxşı ibadət isə biz Əhli-beytə məhəbbət bəsləməkdir (bundan daha üstün ibadət yoxdur). Biharul-ənvar /27/91. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: (Həqiqi) mö`mini sizə tanıtdırımmı? Mö`min o kəsdir ki, sair mö`minlər onu öz mallarına və canlarına əmanətdar bilsinlər. Müsəlmanın kim olduğunu deyimmi? Müsəlman o şəxsdir ki, bütün müsəlmanlar onun dilindən, əlindən amanda qalsınlar. Mühacir o şəxsdir ki, pisliklərdən əl çəkib Allahın haram buyurduğunu tərk etsin. Mö`min şəxsə haramdır ki, başqa mö`minə zülm etsin, ya onu xar etsin, yaxud arxasınca qeybət etsin və yaxud da onu öz yanından qovsun. Kafi /2/235.
|