Elmin həqiqəti (9)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 ÜÇÜNCÜ FƏSIL: ALIM, MÜƏLLIM VƏ TƏLƏBƏNIN HÜQUQLARI
Alimin hüquqları
Ehtıram etmək
Peyğəmbəri əkrəm (s): Alimi əziz tutun ki, o, Allah yanında əzizdir.[1] Peyğəmbəri əkrəm (s): Elminə əməl edən alimin ehtıramı şəhidlərin ehtıramı kimidir.[2] Alimi kiçik saymamaq
Peyğəmbəri əkrəm (s): Alimi kiçik sayan (ona hörmətsizlik edən) məni kiçik sayıb (hörmətsizlik edib), məni kiçik sayan Allahı kiçik sayıb, Allahı kiçik sayan kafirdir.[3] İmam Əli (ə): Alimi kiçik və yüngül saymaqdan uzaq ol, çünki, bu iş səni xar və zəlil edər və camaatın sənin barəndə bədgüman olmasına səbəb olar.[4] İmam Əli (ə): Ağılsız və düşüncəsizlərdən başqa heç kimsə elm və alimi yüngül saymaz.[5] İmam Səccad (ə): Allah Təbarək və Taala Danyala (ə) vəhy etdi ki, mənim yanımda ən nifrət etdiyim bəndəm elm əhlinin haqqını yüngül tutan və onlara iqtida etməkdən boyun qaçıran nadandır.[6] Alim qarşısında təvazökar olmaq
Peyğəmbəri- əkrəm (s): Alimin müqabilində təvazökar olun, onun (ehtiramını) böyük tutun ki, mələklər onun (ehtiramını) böyük tuturlar, öz qanadlarını aşağı gətirib, onun üçün (Allahdan) bağışlanmaq istəyirlər.[7] Alim yanında ucadan danışmamaq
Peyğəmbəri- əkrəm (s): Alimlərin yanında səslərini aşağa gətirənlər (ucadan danışmayanlar) qiyamət günü mənim əshabım ilə bir dəstədə gələrlər, elə bir dəstə ki, Allah onların ürəklərini təqva (qüvvəsi) ilə qüvvətləndirmişdir. Allah yanında elm öyrənməkdən başqa olan yaltaqlıq və özünü kiçiltməyin heç bir faydası yoxdur.[8] Ona tabe olmaq (onun kimi rəftar etmək)
Peyğəmbəri- əkrəm (s): Alimin dalınca gedin ki, onlar dünya və axirət işıqlarıdır.[9] İmam Əli (ə) oğlu Məhəmməd ibn Hənəfiyyəyə nəsihət edərkən belə buyurdu: Ey mənim balam! Həkimlərin nəsihətlərini qəbul et və onların fərmanlarından itaət et.[10]
|