Sionizm və onun törətdiyi problemlər (3)



Sionism

Hesablanmışdır ki, 1976- cı il müharibəsindən sonra İsrail hərbçiləri işğal olunmuş ərazilərdə 5 min dinc sakini öldürmüş, min nəfəri isə yaralamış və yaxud həbs etmişdir.

İsrail insan hüquqlarının ciddi surətdə pozulduğu "klassik" ölkələrdən biridir. Orada əhalinin təqribən 15 faizini təşkil edən ərəblərin vəziyyəti xüsusilə dözülməzdir. Hakim dairələr ərəb əhalisini dini icma qrupu kimi qələmə verir. Hökumət onları müvafiq hüquqlara malik milli azlıq hesab etmir. Beyrutda çıxan "Palestina" jurnalı Fələstinlilərin kütləvi surətdə həbs olunması haqında faktlar dərc etmişdir. Orada deyilir ki, hazırda İsrail həbsxanalarında mindən çox Fələstinli ərəb saxlanılır. 1967- ci ildən 1977- ci ilədək olan müddətdə orada təqribən 60 min nəfər həbsə məruz qalmışdır.[1]

Son məlumata görə, hazırda Fələstin ərəblərinin sayı 4 milyon nəfərdir. Onların yarıdan çoxu sürgündə, öz doğma yurdundan uzaqda yaşayır. Sionist İsrailində ərəb mənşəli vətəndaşlar hitlerçilər dövründəki yəhudi kəttolarını xatırladan xüsusi zonalarda yaşamağa məcburdurlar. Onlar hərbi- polis hakimiyyətini xüsusi razılığı olmadan bu kettoları tərk edə bilməzlər. mövcud qanunlar əsasında bu cür zonaların rəislərinin "milli təhlükəsizlik" bəhanəsi altında ərəbləri öz torpaq və əmlakından rəsmi qaydada məhrum etməyə, məhkəmə orqanlarının qərarı olmadan uzunmüddətli həbsə atmağa və hətta ölkədən sürgün etməyə "ixtiyarları" vardır Sionist dairələrinin irqi ayrı- seçkilil siyasəti bədnam CAR rejiminin silahlanmış olduğu irqçilik ideologiyası ilə tam uyğunluq təşkil edir. Ümumiyətlə imperializmin irqçilik siyasətinin müxtəlif təzahür formaları olan faşizm, sionizm və bir sıra irqi rejimlər bir- biri ilə səsləşir. Sionistlər qarışıq nigah əleyhinə çıxış edirlər. hələlik bu, mənəvi tədbirlərlə məhdudlaşdırılır. 1970- ci ilin yanvarında İsrail knesseti öz fəaliyyətinin 21- ci ildönümünü qeyd edən zaman gündəlikdə "fövqaladə" məsələ "Kim yəhudi sayıla bilər" məsələsi qoymuşdu. Vaxtilə hitlerçilər də "Kim" ali irq sayıla bilər" məsələsini həll etmək üçün həbs düşərgələrində saxladıqları məhbusların pərkarla alın və burunlarını ölçürdülər.

"Allahın istəklisi" İsrail xalqı bir neçə kateqoriyaya bölünür. İsraildə doğulan yəhudilər- "sabra"lar, şərqi Avropa mənşəli yəhudilər- "aşkenazi"lər imtiyazlı adamlardır. Asiya və Afrika ölkələrindən gəlmiş yəhudilərin- "sefard"ların vəziyəti ərəblərin vəziyyətindən heç də fərlənmir. İsraildə sefardları nifrətlə "ikinci dərəcəli" vətəndaşlıq otatusuna malik "qara yəhudi" adlandırırlar. Onlar ölkənin yəhudi əhalisinin 60 faizindən çoxunu təşkil etsələr də, iqtisadiyyatdan tutmuş mədəniyyətədək bütün sahələrdə geniş ayrı- seçkiliyə məruz qalırlar. Səfard uşaqlarını məktəb yaşlı uşaqlr arasında çoxluq təşkil etməsinə baxmayaraq, onlar kimnaziyalarda yerlərin yalnız 25 faizini, unveristet və kolleclərdə isə 8 faizini tuturlar.[2] Sionistlər yəhudilərin nəinki qaralar və "dərisi rənglilər" həmçinin digər bütün irqlər üzərində üstünlüyünü açıq təbliğ edirlər. İrqçi sionist Maks Nordau vaxtilə demişdir: "Aşağı irq tezliklə və tamamilə məhv olacaqdır. Mən onun üçün heç bir xilas yolu görmürəm. Təbiətin bu övladlarının məhkum olduqları ölüm heç də əziyyətli ölüm deyildir".

Diskriminasiya, milli zülm, ağılasığmaz dərəcədə ağır ictimai və maddi həyat şəraiti İsrail ərəblərini mühacirət etməyə sürgündə yaşamağa sövq edir. Təsadüfi deyildir ki, BMT baş məclisinin xxx sessiyasının qətnaməsi sionist ideologiya və praktikasını irqçilik və irqi ayrı- seçkilik kimi qiymətləndirilmişdir.

Müasir İsrail həmçinin daxili gərginliyin artması ilə də xarakterizə edilir. Belə ki, ölkə həyatını hərbiləşdirilməsi iqtisadiyyatda dərin uçuruma gətirib çıxarmışdır. İnfilyasiya və qiymətlərin artması zəhmətkeşlərin vəziyyətini daha da ağırlaşdırmışdır. Hesablanmışdır ki, ölkənin 30 illik tarixi ərzində qiymətlər otuz dəfə artmışdır. Orada həmçinin içməli suyun qiyməti artdığına görə su kəmərlərinə sayac qoyurlar. Hazırda İsrail infilyasiyanın artımı üzrə Argentinadan sonra dünyada ikinci yeri tutur. Vergilərin sürətlə artması, əmək haqqının xeyli azalması geniş xalq kütlələrinin daimi yoxsulluğuna gətirib çıxarmışdır. "Çiçəklənən dövlətin" təqribən 500 min vətəndaşı yoxsulluq həddində yaşayır. Hər dörd uşaqdan biri ardıcıl olaraq doyunca yemir, iyirmi beş min uşaq isə vəsait çatışmazlığı üzündən məktəbə getmir.[3] Məlumata görə 1978- ci ildə ali təhsil müəssisələrində təhsil haqqı 50 faiz yüksəlmişdir.[4] Buna görə də həmin məktəblərin qapısı yalnız varlı bujua uşaqları üçün açıqdır.

Sionist İsrailində on minlərlə ailə son dərəcə pis mənzil şəraitində yaşayır. Hazırda İsrail fəhləsi normal mənzil almaq üçün 8- 10 il ərzində özünün bütün əmək haqqını bu işə sərf etməlidir.

Yaranmış ağır iqtisadi vəziyyətin başlıca səbəbi ölkənin hərbiləşdirilməsidir. 1977- ci ilin may ayında hakimiyyətə gəlmiş M. Bekin hökuməti nəin ki əvvəlki təcavüzkar xətti qoruyub saxladı, həm də onu daha da dərinləşdirdi. Təsadüfi deyildir ki, 1978/79 cu maliyyə ilində İsrailin dövlət büdcəsinin təqribən 50 faizini hərbi xərclər təşkil etmişdir.[5]

Hazırda sionist dairələri ərəblərə qarşı qanlı təcavüzkarlıq aktlarını davam etdiri. İsrail ərəb ölkələrini qorxutmağa, yaxın Şərqdə vəziyyəti yenidən közərtməyə və habelə əhalinin diqqətini kəskin surətdə daxili problemlərdən yayındırmağa çalışaraq, 1977- ci ilin noyabrında Livanın cənubunda açıq təcavüzə başladı. Şəhərlər, çoxlu kəndlər və bhəmçinin Fələstin qaçqınlarının düşərgələri kütləvi bombardmana məruz qaldı. Praktiki olaraq İzziya yaşayış məntəqəsi yer üzündən silindi.



1 2 3 4 next