İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (2)1- İLAHI VƏHYI YAZAN ŞƏXSİYYƏTLƏRDƏN BIRI
Alimlərin tərbiyəvi varislik qanunu və ailə mühitinin təsiri barədə dedikləri sözlərin əsassız olması təsəvvür olunmamalıdır. Varislik qanununa əsasən ata və anada olan xüsusiyyətlər genetik olaraq övlada keçir, genetik elmi də bunu təsdiqləmişdir. Bütün bunlar doğrudur, amma bu deyilənlərin yüzdə-yüz doğru hesab etmək düzgün deyil! Varislik və ailə mühitinin övladda olan təsiri inkar olunmazdır, amma bütün bunlardan daha təsirli bir amil də vardır. O iradə və insanın öz həyatını öz istəyi ilə dəyişməsidir! Bəzən bu güclü amilin sayəsində tərbiyəvi baxımdan aşağı səviyyəli ailələrdən çox saleh və fəzilətli şəxsiyyətlər cəmiyyətdə görünmüşdür. Mövzumuzun qəhramanı “Əban” da belə şəxslərdəndir. Əban ibni Səid
Acı xiyar kolunun şirin meyvə verməsini görmüsünüzmü? Şoranlıq torpaqda və qaynar çöllükdə ürək açan səfalı bir çəmənliyin olmasını eşitmisinizmi? Aya nurun zülmət qucağında vücuda gəlməsi mümkündürmü? Bütün bu deyilənlər mümkün deyil, amma Əban ibni Səidin tərcümeyi- halı ilə tanış olduqda, görəcəksiniz ki sadalanan təbii qanunların hər yerdə tam nüfuza malik olması düzgün deyildir.
|