Hicab (2)



HİCABIN TARİXİ

Tarixdə göstərilir ki, yəhudi qövmləri, keçmiş iranlılar və çox ehtimal ki, hind milliyyəti arasında hicab varmış və hətta İslamda buyurulan hicabdan daha şiddətli olmuşdur.Hərçənd, cahillik dövründə ərəblərdə kamil hicab olmamış və İslam zühur etdikdən sonra yaranmışdır. Vil Dorant yəhudi qövmü və “təlmud” qanunu haqda belə yazır: “Əgər bir qadın yəhudi qanununu pozsaydı, məsələn, başını bağlamadan camaatın arasına çıxsaydı, yaxud ümumi yerlərdə dolansaydı, yaxud müxtəlif zümrələrdən olan kişilərlə söhbət etsəydi və yaxud evdə səsini qonşuları eşidəcək qədər ucaltsaydı, bu zaman kişi onu mehriyyəsini vermədən təlaq verə bilərdi.[1]

Həmçinin qədim iranlı qadınlar haqda belə yazır:

“İctimanın yuxarı və varlı təbəqəli qadınları bağlı taxtları (faytonları) istisna etməklə niqabsız evdən çıxmağa cür`ət edə bilmirdilər. Onlara kişilərlə aşkar şəkildə əlaqə saxlamaq əsla icazə verilmirdi. Ərli arvadlar hətta ata və yaxud qardaşlarını görmək belə hüququna malik deyildilər. Qədim iranlıların şəkil və yaxud heykəlləri içərisində heç bir qadın surəti görünmür və onların adları belə nəzərə çarpmır...”[2]

Bəli, İslam zühur etdikdən sonra nadan ərəblər İslam geyimi və kamil hicabı qəbul etdilər.

Zəməxşəri nəql edir ki, Ayişə həmişə ənsarlı qadınları belə mədh edirdi: “Ənsarlı qadınlara afərin! “Nur” surəsi nazil olduqdan sonra onlardan bir nəfər belə əvvəlki kimi geyinmədi. Onlar başını qara örtüklərlə bağlayırdılar, sanki başları üstündə bir qarğa oturmuşdur.”[3]

BAŞQA DİNLƏRDƏ HİCAB

Həzrət Musanın (ə) beşinci tövsiyəsində ailə ocaqları mədh edilir və ictimada “mə`bəd” istisna olunmaqla, ən yüksək məqamda yerləşir. O zaman ailə ocaqlarına olan ehtiram və əhəmiyyət orta və yeni əsrlərdə Avropa ölkələrində də gözlənilirdi. Lakin elm və texnologiya tərəqqi etdikdən sonra ailə ocaqlarının məqamı endi və dağılmağa başladı.[4]

Xristian aləminin Qelment və Tirtolyan adlı iki böyük şəxsiyyəti hicab haqda belə deyir: “Qadın ev şəraitindən başqa hallarda hicablı olmalı və özünü tamamilə örtməlidir. Çünki hicab onun bədənini örtə biləcək yeganə geiyimdir və onu yad gözlərin baxışlarından qoruyur. Qadın üzünü açıq qoymamalıdır ki, başqaları onun üzünə baxmaqla günaha düşsün. Allah dərgahında İsa peyğəmbərin dinini qəbul edən mö`min qadına özünü bəzəmək yaraşmaz və hətta onun təbii gözəlliyi belə, gizli saxlanılmalıdır. Çünki baxanlar üçün təhlükəlidir. Aynaya baxmaqla başın saçını darayıb bəzəmək yalnız həya və iffətini itirmiş qadınların xüsusiyyətlərindən sayılır...”[5]

Tövratın “yaradılış” bölümündə belə oxuyuruq: “Rəfəqə gözlərini qaldırıb, İshaqı gördü. Daxmasından çölə çıxıb, xidmətçisindən soruşdu: “Səhrada bizim pişvazımıza çıxan bu kişi kimdir?” Xidmətçi dedi: “Mənim sərvərimdir.” Bu zaman niqabını götürüb, özünü örtdü.”[6]



1 2 3 4 next