QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA (9)



Sual 146: Günahdan çəkinmək istəyən insan nə etməlidir?

Cavab: Xəstəxana, idman zalı, həbsxana üçündür? Heç şübhəsiz ki, insanın nəvi fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər.

Cəld güclü olmaq həvəsi ilə müəyyən bir idman növü ilə məşğul olub, ehtiyatsızlıq üzündən şikəst olanlar da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq, insanlar idmandan üz döndərmir.

Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan narkoman kimi çıxanlar da az deyil. Amma həbsxanalar mövcuddur gələcəkdə mövcud olacaq.

Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir»[166].

Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır».

Sual 147: Hansı musiqi haramdır?

Cavab: Quranın ayələri Əhli-beyt (ə) hədislərində musiqinin xüsusi bir növü olan «ğina» haram buyurulmuşdur. zi dinşünasların fikirincə, İslam ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində, Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan ğinanın haram buyurulması, məntiqə uyğundur.

Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-işrətə, əxlaqsızlığa sövq edir. Qurani-kərimin «Fürqan» surəsinin 72-ci ayəsində buyurulur: «Allahın xalis bəndəsi o şəxslərdir ki, batilə şahid durmaz, puç bir şeylə rastlaşdıqda, ondan üz çevirib, keçərlər». İmam Sadiq (ə) bu ayə haqqında buyurur: «Bu ayədə ğina nəzərdə tutulur».

Musiqisi sözləri insanı doğru yoldan azdıran ğinanın insan nəviyyatına bir çox mənfi sirləri vardır:



1 2 3 4 5 6 7 8 9 10 11 next