Sionizm və onun törətdiyi problemlər (2)



Sionist başçıları

Adətən təcavüz həmişə uydurmalarla ört- basdır edilir. Bu dəfə də belə oldu. Təl- Əziz radiosu Qahirə radsiosundan yarım saat əvvəl ilk məlumat verərək göstərmişdi ki, güya İsrail orduları yalnız radar qurğularında İsrailə tərəf istiqamətlənmiş Misir təyyarələri görünəndən sonra hərəkətə gətirilmişdir. Quruda isə döyüşlər güya "Misir tankları İsrail ərazisinə yeridikləri" zaman başlanmışdır.

Hücum günü İsrail hərbi- hava qüvvələri eyni zamanda 25- aerodrama və səhra uçuş xəttinə zərbə endirdi. Buna görə də havada Misir keşikçi təyyarələrinin olmasından istifadə edərək İsrail aviasiyası qəfildən zərbə ilə bir neçə saat ərzində Misirin təqribən 400 təyyarəsini məhv etmişdir. İordaniya və Suriya aviasiyasının böyük bir hissəsinin məhv edilməsi də qısa müddətdə başa çatdırılmışdır. Bu zaman hava hücumundan tamamilə müdafiəsiz qalan Misir tank və piyada hissələri düşmən aviasiyasının kəskin zərbələrinə məruz qalmışdı. Öz hərbi hissələri arasında əlaqə pozulmuşdu. Təcavüzlə əlaqədar olaraq Sovet hökumətinin bəyanatında İsraildən tələb edilirdi ki, təcili olaraq atəşi dayandırsın və qoşunlarını əvvəlki mövqelərinə qaytarsın.

Ərəb ölkələri iyunun 6- da ABŞ və İngiltərəni təcavüzkara kömək etməklə təqsirləndirdilər. Çünki təcavüz ərəfəsində ABŞ- ın 6- cı donanmasına daxil olan "Amerika" və "Saratoqa" adlı iri təyyarədaşıyan gəmiləri yaxın Şərq rayonuna gətirilmiş, donanma əməliyyat rayonlarında top atəşi məsafəsində dayanmışdı. Ümumiyyətlə Aralıq dənizinin şərq zonasında duran Amerika qüvvələri 1 M- li hazırlıq vəziyyətinə gətirilmişdi. Təcavüz günü isə sursatla dolu "Miriam" adlı ingilis gəmisi İsrailə doğru üzməyə başlamışdı. Bütün bunlarla əlaqədar olaraq Mər, Suriya, Əlcəzair, İraq, Sudan, Yəmən, ABŞ ilə diplomatik münasibətləri kəsdi. İraq, Suriya, Sudan, Livan isə öz səfirlərini İngiltərədən geri çağırdılar.

Təcavüzə son qoymaq məqsədilə BMT təhlükəsizlik şurası iyunun 7- nə keçən gecə Şərqdə atəşin dayandırılması haqında qətnamə qəbul etdi. Lakin işğalçılar hərbi əməliyyatları davam etdirdilər. müsəlmanların müqəddəs yeri olan Qüds tamamilə işğal olundu. İyunun 7- də M. Dayan şəhərin qədim hissəsinə gələrək orada demişdir: "Biz müqəddəs yerlərimizdən ən müqəddəsinə ona görə qayıtmışıq ki, heç vaxt yenidən ondan ayrılmayaq".[1]

Tərcüməsi "Müqəddəs" olan bu qədim şəhəri həm "Şərqin incisi", həm də Əbədi şəhər" adlandırmışlar. Şəhər qırx dəfə işğalçıların- Misirlilərin və Farsların, Romalı və Səlibçilərin, Türk və İngilislərin əsarəti altına düşmüşdür. Qırx birinci dəfə qədim şəhər İsrail müdaxiləsi nəticəsində işğal olunmuşdur.

Hərbi əməliyyatların dayandırılmadığına görə Sovet İttifaqı İsrail ilə diplomatik münasibətləri kəsmək haqqında qərar qəbul etdi. Nəticədə İsrail qoşunları Dəməşq şəhərinin 55- ci km- də dayandırıldı. İsrailin hərbi müvəffəqiyyətinin təmin edilməsində imperialist dövlətləri hərbi kəşfiyyatının böyük rolu olmuşdur.

Təcavüz dövründə Qərb mətbuatının səhifələrində qeyd edilirdi ki, imperialist dövlətləri kəşfiyyatı Misir silahlı qüvvələrinin sayı, onların yerləşməsi, bütün təyyarə meydanlarında təyarələrin tipləri və kuqdarı haqqında məlumat almışdır.

Bu dövrdə ərəb qoşunlarına qarşı İsrail kəşfiyyatının da pozuculuq fəaaliyyəti böyük olmuşdu. Belə ki, ərəb dilini bilən şəxslərdən təşkil olunmuş və Misir hərbi qulluqçularının formasını geyinmiş kəşfiyyat- təxribatçı dəstələri ərəb qoşunlarının arxasına keçərək ərəb zabitlərini əsir tutmuş, mühüm məlumatlar almış, hərbi sursatı, yanacaq anbarlarını, su ehtiyatlarını məhv etmişdilər. Simli rabitə xəttindən məhrum olmuş Misir komandanlığı radio vasitələrinə daha geniş yer vermişdi. Lakin Misir radiostansiyalarının gizli şifrələrini İsrail kəşfiyyatı ələ keçirmişdi.

Aralıq dənizi sahillərində dayanmış, xüsusi radar və elektron eşitmə sistemləri ilə təchiz edilmiş "Liberti" kəşfiyyat gımisindən efirə Misirin hərbi hissələri üçün saxta əmrlər verilirdi. Döyüş iştirakçılarının etirafına görə, Qəzzə rayonunda bir neçə Misir hissəsinə geri çəkilmək əmri verilmiş, Şəri- əş- Şeyx bazası döyüşsüz təslim edilmişdi. Zərbə endirmək vaxtını müəyyənləşdirərkən Misir hərbi- hava qüvvələrinin komandanı marşal Sidqi Mahmudun iyunun 4- də axşam zabitlər üçün banket təşkil etməsi və bu banketin gecədən xeyli keçənədək davam etməsi haqqında kəşfiyyatın verdiyi məlumat da mühüm rol oynamışdır.



1 2 3 4 5 6 7 next