Elmin həqiqəti (8)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 YEDDİNCİ BÖLMƏ: ALİM
Birinci fəsil: Alimin fəziləti
Alimin xislətləri
Allahın əminləri
Peyğəmbəri əkrəm (s): Alimlər (yer üzündə) Allahı əminləridirlər (əmanətdarlarıdırlar).[1] Peyğəmbəri əkrəm (s): Elm, Allahın yer üzündə əmanəti, alimlər isə o elmə Allahın əmanətdarlarıdırlar. Hər kəs öz elmindən (düzgün) istifadə edə əmanətini əda etmişdir. Amma hər kəs ondan istifadə etməyə (və ya düzgün istifadə etməyə) Allah yanında xəyanətkarlardan yazılacaqdır.[2] Allahın dostları
Peyğəmbəri əkrəm (s): Allah Mütəal İbrahimə (ə) vəhy etdi: Ey İbrahim! Mən aliməm və alimlərin dostuyam (onları sevirəm).[3] Peyğəmbərlərin varisləri
Peyğəmbəri əkrəm (s): Alimləri əziz tutun, çünki onlar Peyğəmbərlərin varisləridirlər. Hər kəs onları əziz tuta, Allah və onun peyğəmbərini əziz tutmuşdur.[4] Peyğəmbərlərə ən yaxın şəxslər
Peyğəmbəri– Əkrəm (s): Mənim ümmətimin alimləri bəni İsrailin alimləri kimidir.[5] Peyğəmbəri– əkrəm (s): Peyğəmbərlik dərəcəsinə ən yaxın olanlar elm və cihad əhli olanlardır.[6] Peyğəmbəri– əkrəm (s): Qiyamət günü üç qurup şəfaət verəcəkdir: (Birinci) Peyğəmbərlər, sonra alimlər, sonra isə şəhidlər.[7] İmam Əli (ə): Peyğəmbərlərə ən yaxın olanlar onların gətirdiklərini (səmavi kitabları və sühufları) daha çox yaxşı bilənlərdir.[8] Ən pak əxlaq sahibləri
İmam Əli (ə): Alimlər xilqət və yaradılış baxımından xalqın ən pak əxlaqlısı və ən tamahsızlarıdır.[9] Alimlərin mürəkkəbi şəhidlərin qanından üstündür
Peyğəmbəri– əkrəm (s): Alimlərin mürəkkəbi şəhidlərin qanı ilə ölçüldü və müqayisə edildi onlaran üstün gəldi.[10]
|