Hicab (1)



TƏKVİN VƏ TƏŞRİ ALƏMİNDƏ ƏDALƏT

1. Mücərrəd, maddi, mələkut, bəsit və mürəkkəb varlıqlardan ibarət olan yaradılış aləminə yeganə nizam-intizam hakim kəsilmiş, ilahi tövhid, möhkəm qanunlar və böyük bina üzərində qurulmuş və bütün tərkib hissələri son dərəcədə möhkəmliklə bir-birinə bağlanmışdır.

Mütəal Allah buyurur:

صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ

“Bu (yaradılış), Allahın hər şeyi möhkəmliklə (yerli-yerində) gördüyü işdir!”[1]

2. Allah-taala insanı yaratdıqdan sonra onu özbaşına buraxmadı, əksinə müxtəlif bacarıqlar, keyfiyyətlər və xüsusiyyətlərlə yanaşı olan xilqətinin başlanğıcından sonuna qədər onunla birgə olmuş, göstəriş və buyruqları ilə onu səadət və təkamül yoluna də`vət etmişdir.

Allah-taala Öz vəsfində belə buyurur:

الَّذِي خَلَقَ فَسَوَّى. وَالَّذِي قَدَّرَ فَهَدَى

“O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı. O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.”[2]

3. Allah-taala heç bir şeyin haqqını layiqincə vermişdir. Çünki insanları haqq-ədalətə də`vət edərək buyurmuşdur:



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 next