Elmin həqiqəti (7)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 ALTINCI BÖLMƏ: TƏLİM VƏ TƏHSİL
Birinci fəsil: Təlim və təhsilin zəruriliyi
Təlim etməyin alimə vacib olması
İmam Sadiq (ə): Əli (ə)- ın kitabında belə oxudum: Şübhəsiz Allah nadanlardan elm öyrənmək üçün əhd almadı, amma alimlərlə əhd- peyman bağladı ki, elmi nadanlara bəzl etsinlər (hədiyyə versinlər). Çünki, elm nadanlıqdan qabaq idi.[1] İmam Əli (ə): Hər bir alimə vacibdir ki, təqvalı olsunlar və elmlərini tələbələrə bəzl etsinlər (bağışlasınlar).[2] Elmi gizlətməyin (təlim etməməyin) haram olması
Quran "Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!."[3] "(Ya Rəsulum!) Allah kitab əhlindən: "Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!" - deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!"[4] Hədis Peyğəmbəri- Əkrəm (s): Hər kəs, Allahın xalqın dini işləri üçün faydalı etdiyi elmi gizlədə (və digərlərinə öyrətməyə) Allah qiyamət günü onun ağzına cəhənnəm odundan düzəlmiş dəhənə vurar.[5] Peyğəmbəri- Əkrəm (s): Elmi öyrənib, onu bəyan etməyənlər o şəxslər kimidirlər ki, xəzinə yığıblar amma xərcləmirlər.[6] İmam Əli (ə): Elmi gizlədənin elmi etimadsız elmdir.[7] İmam Baqir (ə): Alimlər nəsihət etməzlərsə özlərinə xəyanət etmiş olublar. Əgər yolun azmış bir şəxsi görərkən ona yol göstərməyələr və ya ölünü diriltməyələr çox pis iş görmüşdürlər. Çünki, Allah Taala öz kitabında onlardan əhd və peyman almışdır ki, əmr olunduqlarına əmr və nəhy olunduqlarından nəhy etsinlər. Yaxşı əməllərdə və pərhizkarlıqda həmkarlıq etsinlər, günah və zülmdə əməkdaşlıq etməsinlər.[8]
|