BİZİM DİNİ ƏQİDƏMİZ (8)



Altıncı fəsİl

 

Müxtəlİf məsələlər

56 – Ağlın yaxşı və pisi dərk etməsi

İnsan ağlı yaxşı işi pis işdən seçmə qüvvəsinə, yaxşını və pisi dərketmə səlahiyyətinə malikdir. Və bu qüvvə Allah-Taalanın insana bəxş etdiyi «yaxşını və pisi ayırd etmə bacarığı»ndan sərçeşmə tutur. Deməli, İlahi dinlər göndərilməzdən öncə bir çox ictimai və fərdi məsələlər bəşər övladına öz ağlının vasitəsilə məlum idi. Yaxşılığın və ədalətin gözəlliyi, zülmün və etinasızlığın çirkinliyi, bəzi əxlaqi xüsusiyyətlər, məsələn «doğru danışmaq», «əmanətdarlıq», «şücaət», «səxavətli olmaq» və s. ağlın dərk etdiyi məsələlərdəndir. Həmçinin, «yalan», «xəyanət», «paxıllıq» və «simiclik» və s. də, insan ağlının dərk etdiyi məsələlərdəndir. Amma insan ağlı bütün işlərin yaxşı və pis olmasını kamil şəkildə dərk edə bilmədiyinə görə, yaxud məhdud şəkildə qavradığına əsasən, İlahi dinlər, səmavi kitablar və peyğəmbərlər ona bu yolda kömək olaraq göndərilmişdir. İlahi peyğəmbərlər, səmavi dinlər və müqəddəs kitablar insana anlamadığı digər həqiqətləri açıqlamış və həm də, ağlın dərk etdiyi gerçəklikləri təkid etmişlər.

Əgər biz, insan ağlının həqiqətləri anlamaqda mütləq şəkildə aciz olduğunu söyləsək, «Tovhid», «Allah tanıma», «İlahi Peyğəmbərlər»«səmavi dinlər»-ə olan etiqad tamamilə ləğv və mənasız olacaqdır. Çünki Allahın varlığını sabit etmək və Peyğəmbərlərin haqq olaraq göndərildiyini sabit etmək yalnız ağlın vasitəsilə mümkündür. Aydındır ki, şəriətin hökmləri, «Tovhid və Nübüvvət», fəqət ağlın hökmü ilə qəbul olunduğundan sonra etibarlıdır. Və bu yolda təkcə şəri dəlillərə kifayət etmək mümkün deyildir.

57 – Allahın ədaləti

Biz Allahın ədaləti olduğuna inanırıq.[1] Və belə söyləyirik: Allahın öz bəndələrinə zülm etməsi, h bir səbəb olmadan kimisə cəzalandırması və ya əsassız olaraq bağışlaması qeyri-mümkündür. Allah-Taalanın öz vədəsinə əməl etməməsi, ləyaqətsiz və günahkar şəxslərə nübüvvət (peyğəmbərlik) məqamı bəxş etməsi və onun ixtiyarında müxtəlif möcüzələr qoyması da, qeyri-mümkündür. Onu da qeyd etmək lazımdır ki, Allah səadət yolunda ucalmaq üçün, xəlq etdiyi ilahi kamilliyə çatmaq hədəfilə yaratdığı bəndələrini rəhbərsiz və imamsız qoymamışdır! 12 imamın vücudu buna sübutdur. Allah-Taala hər bir nöqsandan pak və münəzzəhdir!

58 – İnsan və azadlıq

Allah insanı azad yaratmışdır. İnsan əncam verdiyi işlərdə yalnız öz iradəsinə bağlı olaraq, seçim zamanı tam ixtiyar sahibidir. Əgər belə olmasa idi, yəni; insan öz əməllərində məcbur olsa idi (insan vasitə alət olaraq, bütün işlər fəqət Allah tərəfindən birbaşa əncam verilsə idi) pis əməl sahibləri, ədalətsiz, zalım şəxslərin cəzalandırılması və həmçinin, yaxşı əməl sahiblərinin mükafatlandırılması bihudə və mənasız olardı. Allah-Taala isə hikmətsiz işlərdən pak və uzaqdır!

Xülasə; ağlın yaxşı və pis işləri dərk etməsi, insan təfəkkürünün müstəqil şəkildə bir çox həqiqətləri anlaması İslam dininin və şəriətinin, Nübüvvət və müqəddəs kitabların əsası və köküdür! Amma onu da yadda saxlamaq lazımdır ki, bəşər idrakı və anlayışı məhduddur. Təkcə insan ağlının vasitəsilə uca kamilliyə və səadətə yetişmək yolunda lazım olan bütün həqiqətləri ələ gətirmək mümkün deyildir. Bu çətin yolda İlahi dinlərə və Peyğəmbərlərə ehtiyac duyulur.

59 – Fiqh mənbələrindən biri də «Ağlın» dəlilidir

İslam dinin əsaslı, köklü mənbələrindən biri də, «Ağlın dəlili»dir. «Ağlın dəlili» dedikdə «insan ağlının qəti şəkildə və dəqiq sürətdə yəqin edərək bir şeyi dərk etməsi, onun haqqında hökm verməsi» nəzərdə tutulur. Məsələn, əgər Quran və sünnədə[2] zülm, xəyanət, yalan, qətl, oğurluq, insan hüquqlarının pozulmasının pis olması barəsində fikrin yoxluğunu fərz etsək, ağlın hökmü ilə bu əməllərin pis bir iş olduğunu dərk edərik. Allah-Taalanın bu işləri haram etdiyini və razı olmadığını asanlıqla anlayarıq. Deməli, «ağlın hökmü» bizim üçün ilahi höccətdir.

Qurani-Kərim ağlın əhəmiyyəti və onun hökmünün mötəbər olması barəsində olan müxtəlif ayələrə malikdir. Quran ağıl və düşüncə sahiblərini, Tovhid yolunu ötmək üçün, göylərdə və yerdə mövcud olan ilahi nişanələri müşahidə etməyə, onların barəsində fikirləşməyə çağırır; Ali-İmran 190: «Şübhəsiz, göylərin və yerin yaradılışında və gecə-gündüzünlişində ağıl sahibləri üçün ibrətlər vardır!»

Müqəddəs kitabımız başqa bir cəhətdən isə ilahi nişanələrin bəyan olunmasının, insanların ağıl və düşüncəsinin artması üçün olduğunu buyurur. Ənam surəsi, 68: «(Gör!) Nişanələri (ayətləri) necə çeşidli (müxtəlif təbirlərlə) bəyan edirik! (Ki,) bəlkə qavrayıb anlayalar!»



1 2 3 4 5 6 next