NAMAZIN SİRLƏRİ (7)



 

 

İLAHİ ÖVLİYALARIN RÜKUSU

 Həzrət Əmirəl- möminin (ə) o qədər uzunmüddətli rüku edirdi ki, qıçlarından axan tər mübarək qədəmlərinin altını isladırdı.[332]

Bir nəfər imam Sadiqin (ə) mənzilinə daxil olub gördü ki, imam (ə) rüku halında Allaha təsbih deyir. İmam (ə) 60 dəfə təsbihi təkrarladı.[333]

Başqa bir hədisdə göstərilir ki, imam Sadiq (ə) rüku və səcdədə 30 dəfədən çox Allah zikrini təkrarlayırdı.[334]

Feyz Kaşani əlavə edir: “Camaat namazında 30 dəfədən çox təsbih deyirdi. İmam gərək zəifləri də nəzərə alsın. Mə’lum olur ki, namazda iştirak edənlər hamısı imamın uzun zikr deməsini istəyirmiş.”

Rükuda deyirik: “Sübhanə rəbbiyəl-əzimi və bihəmdih.” Bu sözlərlə böyük Allaha təsbih deyir və Ona sitayiş edirik. “Uca Rəbbinin adı ilə təsbih de.”[335] ayəsi nazil olanda Peyğəmbər (s) buyurdu: “Bu ayəni rükularınızda oxuyun.”[336]

MƏLƏKLƏRLƏ YANAŞI

Allahın mələkləri daim Ona pərəstiş edirlər. Bə’ziləri daim rükuda olur, bə’ziləri isə daim səcdə qılıb təsbih deyir. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Onların bir dəstəsi daim rüku və səcdə halındadır. Onlar daim, yorulmadan cərgələrə düzülüb təsbih deyirlər.”[337]



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 next