Elmin həqiqəti (6)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 Beşinci fəsil: Elm öyrənməyin hökümləri
Öyrənməsi vacib olan elmlər
Allahı tanımaq
İmam Əli (ə): Allahı tanımaq ən üstün elmdir.[1] İmam Sadiq (ə): İnsana vacib olan ən üstün vacib və onların ən vacibi Allahı tanımaq və onun bəndəliyinə iqrar etməkdir.[2] İslamın sütunları
İmam Əli (ə): Sənə daha çox lazım olan elm o elmdir ki, sənin dininin səlahını sənə göstərsin və səni uçuruma aparan səbəblərlə səni tanış etsin.[3] İsa ibn Səra: İmam Cəfər Sadiqə (ə) ərz etdim: Mənim üçün İslamın söykəndiyi sütunlardan danış ki, onları öyrənməklə əməlimi islah edim və təmizləyim, belə ki başqa şeyləri bilməmək mənə zərər yetirməsin. Həzrət buyurdu: Allahın yeganəliyinə, Məhəmmədin (ə) onun rəsulu olmağına şəhadət vermək və Allah tərəfindən gətirdiklərinə iqrar etmək, o cümlədən zəkat adı ilə mallarda qoyulan haqqa etiraf etmək, həmçinin Allahın əmr etdiyi vilayətə iman gətirmək və onu təsdiq etmək; yəni Peyğəmbərin (s) Əhli- beytinin vilayətinə inanmaq. Allahın Peyğəmbəri (s) buyurur: "Hər kəs imamını tanımadan ölərsə, cahiliyyət dövrünün insanları kimi ölmüşdür" Allah (ə.c.) buyurur: "Allahdan itaət edin, Peyğəmbərdən (s) itaət edin və işlərinizin rəhbərlərindən itaət edin." İmam Əli (ə) rəhbər idi. Ondan sonra Həsən (ə) , sonra Hüseyn (ə) sonra Əli ibn Hüseyn (ə) və (sonra) Məhəmməd ibn Əli.(ə). Elə bu cür davam edəcəkdir. Yer imamsız ola bilməz və hər kəs imamını tanımadan ölərsə onun ölümü cahiliyyət ölümü kimidir.[4] Din maarifləri
Peyğəmbəri- Əkrəm (s): Elmi öyrənin və xalqa öyrədin (çatdırın). Dinin vaciblərini öyrənin və xalqa öyrədin. Quranı öyrənin və xalqa öyrədin. Çünki, mən (bir gün tez, bir gün gec bu dünyadan) köçəsiyəm. Məndən sonra elm aradan gedər və fitnələr aşkar olar, belə ki, iki nəfər bir fərziyə üstündə ixtilaf edərkən bir kəsi tapmazlar ki, onların arasında hakimlik edib (onların məsələsini həll etsin).[5] İmam Əli (ə): Sənə ən çox lazım olan elm o elmdir ki, ona əməl etmək barəsində səndən sorğu- sual edəcəklər.[6]
|