QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA (7)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

Sual 111: Atəşin gülzara döndüyünü görən Nəmrud iman gətirdimi?

Cavab: Bütpərəstliklə fəal mübarizənin nəticəsi olaraq, zalım padşah Nəmrud İbrahimi odda yandırmaq qərarına gəldi. Zalım istismarçılar, adətən, avam kütlələrin qəlbini ələ almaq üsullarını gözəl bilirlər. Nəmrud da belələrindən idi. O, «hanı sizin qeyrətiniz», « üçün tanrılarınızı müdafiə etmirsiniz», «qeyrətiniz varsa, İbrahimi oda çəkin» kimi şüarlarla xalqı İbrahimə qarşı qaldırdı. Camaat tonqal üçün qırx gün çır-çırpı daşıdı. Tonqal qalandıqdan sonra ətrafında elə bir hərarət yarandı ki, kimsə yaxınlaşa bilmədi. Çox düşündükdən sonra qərara gəldilər ki, İbrahimi mancanağa qoyub, əzəmətli tonqalın içinə atsınlar. Belə etdilər. Allah-təala buyurur: «Biz «ey atəş, İbrahimə qarşı sərin zərərsiz ol» buyurduq»[120].

«Əl-mizan»da nəql olunan bir rəvayətə görə Cəbrail (ə) İbrahimin (ə) görüşünə gəlib, dedi: «Köməyə ehtiyacın varmı?». İbrahim (ə) belə cavab verdi: «Sənin köməyinə yox!». Cəbrail ona belə təklif etdi: «Onda Allahdan kömək istə». Həzrət İbrahim dedi: «Hamıdan xəbərdar olması kifayətdir!».

Bütpərəstlər İbrahimi atdıqları odun vahiməsindən fəryad çəkir, Nəmrud isə İbrahimin bir ovuc külə dönəcəyi anı həsrətlə gözləyirdi. Amma tonqal yanıb tükəndikdən sonra İbrahimin sağ-salamat onunla üzbəüz dayandığını görən Nəmrud haray çəkib dedi: «Ey İbrahim! Doğrudan da, sənin Allahın böyük imiş. Səninlə od arasında pərdə çəkəcək qədər böyük! İndi ki, belə oldu, O Allahın qüdrətinə xatir qurbanlıq edirəm».

Rəvayətə görə, Nəmrud dörd min qurban kəsdi. Amma İbrahim ona xatırladı ki, bütpərəstlikdən imtina edib, bir Allaha iman gətirməsə, qurbanları qəbul olmayacaq. Nəmrud isə ona belə cavab verdi: «Belə etsəm, taxt-tacım əlimdən çıxar. Mən isə buna dözə bilmərəm».

Sual 112: Bir mühakimədə iki hökm ola bilərmi?

Cavab: «Ənbiya» surəsinin 78-ci ayəsində xarab edilmiş əkin sahəsinə işarə olunur. Dini rəvayətlərdə isə, bu hadisə ətraflı şərh olunur.

Davud peyğəmbərin (ə) dövründə bir qoyun sürüsü gözəl bir bağa girib, onu xarab edir. Bağ sahibi şikayət üçün Davudun yanına gəlir. Onu diqqətlə dinləyən peyğəmbər hökm çıxarır ki, vurulmuş ziyanın əvəzində qoyunlar bağ sahibinə verilsin.

Bu hadisə cərəyan edən vaxt uşaq olan Süleyman, atasına yaxınlaşıb deyir: «Ey Allahın peyğəmbəri, bu hökmü əvəz etsən yaxşıdır. Bağı, bərpa edilənədək qoyunların sahibinə tapşır. Qoyunları isə bağ sahibinə ver ki, bağ bərpa olanadək, südündən yunundan istifadə etsin»[121].

lumatsızlıq üzündən cahil insanlar elə düşünə bilər ki, uyğun əhvalatda haqqında danışılan iki hökm bir-birinə ziddir. Hansı ki, bir çətinlikdən iki çıxış yolu ola bildiyi kimi, bir mühakimədə iki müxtəlif hökm verilə bilər.



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 next