ALLAHIN ELÇİSİ (6)



ÜÇÜNCÜ HİSSƏ

TƏRBİYƏİ VƏ İCTİMAİ RƏFTARLAR

VƏHY İDEYALARININ GERÇƏKLƏŞMƏSİ

Peyğəmbər öz məqsədləri yolunda xeyli müvəffəqiyyət əldə etmişlər. Cəmiyyət çox müxtəlif cəhətlərdən bu risalətlərdən faydalanmışdır. Fəzilət haqqında bütün söhbətlər peyğəmbər məktəbindən faydalanır. İndi əksər cəmiyyətlərdəki inama gəldikdə hansı formadasa Allah, məad, peyğəmbərlik haqqında təsəvvür vardır. Əlbəttə ki, şirkin, riyanın mərtəbələri olduğu kimi tövhidin də mərtəbələri vardır. Hamı eyni bir səviyyədə müvəhhid (təkallahçı) deyildir. Amma Allahdan və peyğəmbərdən tamamilə xəbərsiz olanlar azdır. Lakin onların da malik olduqları insanı fəzilətlər dolayı da olsa peyğəmbər və dəvətlərindən ilahmlanmışdır. Bu dəvətlərdən tamam xəbərsiz üzürlü adamlar isə olduqca azdır.

 Bəşər nizamında gözə dəyən nə qədər həqiqi fəzilətlər və ölçülər vardısa, hamısı peyğəmbərlərin risalətinin bərəkətindəndir. Buna görə də həqiqi bir baxışla bu həqiqət aşkar olur ki, bütün görünən fəsadlar baxmayaraq peyğəmbərlərin əsil məqsədi cəmiyyətlərdə həyat keçib.

 Bu məqsədlərə çatmaq üçün gözəl bir dillə ilahi dəvətləri aydınlaşdırmaqdan əlavə peyğəmbərlərin həyatı, ilahi siması əhəmiyyətli rol oynamışdır. Risalətin gerçəkləşməsində bəşər fitrətinin işıqlandırılmasından əlavə peyğəmbərlərin nümunəvi şəxsi rəftarı da təsirli olmuşdur. Onlar öz dediklərinə bağlı olmuş, bir an da olsun dəyərlərdən uzaqlaşmamışlar.

 Peyğəmbərlər din açıqlayan və dinə inanan olmuş, onların inamı, rəftarı vəhy dəvətini tamamlamışdır. Ona görə də inananlarla yanaşı qələbə zirvəsinə pərvazlanmış, əzəmətə çatmışlar. Ona görə də din rəhbərlərindən nümunə götürülməsi təkcə onların etiqadı ilə yox, eləcə də rəftarları ilə bağlıdır. Qarşıda bu nümunəvi şəxsin əqidəsinə, həyatına, rəftarına nəzər salacağıq. Ümid edirik ki, bu söhbətlər təsirli olacaq. Əvvəlcə üç nöqtəni xatırlayacağıq.

1-YAXŞI SİFƏTİN ÖLÇÜSÜ

Quran Peyğəmbərin (s) xasiyyətini belə tərifləyir: «Sən xasiyyətcə əzəmətlisən» («Qələm» 4). Allah-taala kimsəni bu sayaq tərif etməmişdir. Həzrət (s) ən yaxşı insan kimi təqdim olunur. Peyğəmbər yaxşı xasiyyətin ölçüsünün belə bəyan edir: «Yaxşı xasiyyətin ölçüçsü Allah sifətləridir». Yəni o şəxsin xasiyyəti yaxşıdır ki, ilahi əxlaqla bəzənmiş olsun. «Ən yaxşı adlar və xasiyyətlər Allahdandır» («Nəhl» 60, «əraf» 180). «İlahi rəngən gözəl rəng varmı?!» («Bəqərə» 138). İnsan üçün ən gözəl rəng ilahi rəngdir. İnsan ilahi sifətlərə canişin olmalı və bu canişin ilahi nişanələrlə zinətlənməlidir. Əgər Allah rəuf, rəhim, alim, kərim, əziz, həkim, bağışlayandırsa onun canişini də bu xasiyyətlərə malik olmalıdır. Allah-taala Quranda öz gözəl adları ilə təcəlli edir. Bu sifətlərə ən çox yiyələnən insan isə həzrət Peyğəmbərdir (s). onun haqqında belə deyilir: «Peyğəmbərin (s) xasiyyəti Qurandır».

Quran bu xasiyyətləri belə aydınlaşdırır: «Aranızdan bir peyğəmbər gəlib ki, sizi çətinliyə salan şeylər onu incidir. O, sizin hidayətinizi, səadətinizi istəyir. Möminlərə rauf və rəhimlidir» («Tövbə» 128). «Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər sərt olsaydın, ətrafından dağılardılar» («Ali-imran» 159). «Məhəmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birləri ilə isə mərhəmətlidirlər» («Fəth» 29). Bu sifətlər mömin və xalis bəndədə təcəlli etmiş ilahi sifətlərdir.



1 2 3 4 5 6 7 8 next