ƏLİ(Ə) KİMDİR? (3)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 XEYBƏR DÖYÜŞÜ Xeybər kəlməsi qala, möhkəm hasar deməkdir. Mədinədən 120 kilometr şimalda yəhudilərin sakin olduğu bir məntəqə vardı. Buranın sakinləri bir neçə möhkəm qalada yaşayırdılar. Ona görə də bu yer Xeybər adlandırılırdı. Onların əkin sahələri, xurma bağları, çeşmələri və yeddi möhkəm qalaları vardı. Bu qalaların hər birinin öz adı vardı. Bu yeddi qüllədən ən məşhuru «Naim» və «Qəmus» idi. Tarixçilərin bildirdiyinə görə Xeybər əhalisinin sayı dörd minlə iyirmi min arasında olmuşdur. Bir şey qətidir ki, yəhudilər müsəlmanlardan bir neçə dəfə artıq olmuşlar. Çünki həmin dövrdə müsəlmanların sayı min altı yüzü keçmirdi. Hicri yeddinci ildə həzrət Peyğəmbərin (s) göstərişi ilə müsəlmanlar Xeybərə doğru hərəkət etdilər. İki-üç gün yol getdikdən sonra Xeybər ərazisinə çatdılar. Qala kənarında düşərgə qurub, düşmənlə danışığa başladılar. Səhəri gün yuxudan oyanan qala sakinləri müsəlmanları Xeybər ətrafında gördülər. Onlar müsəlman qoşunun qorxusundan qalaların qapılarını bağladılar. Həzrət Peyğəmbər iyirmi beş gün müddətində qalanı mühasirədə saxladı. Həzrət qalanın qapısının açılması üçün birinci dəfə bayrağı Əbu-Bəkrə, ikinci dəfə isə Ömərə verdi. Amma onlar yəhudilərlə döyüşə tab gətirməyib geri çəkildilər».[*] İbn Əbil-Hədid Əbu-Bəkr və Ömərin meydandan qaçması haqqında belə deyir: Hər nəyi unutsam, unutmaram mən, Qaçmaq günah ikən qaçdız səhnədən. Xeybər qalasının fəthi üçün başqa cəngavərlər də göndərildi. Amma yəhudi döyüşçüləri ilə kimsə bacara bilmədi. Belə uğursuzluqlar nəticəsində müsəlmanların ruhdan düşdüyünü görən Peyğəmbər buyurdu: « Əlinin (ə) misilsiz qəhrəmanlığı hamıya mə’lum olduğu halda, əfsus ki, çoxları özü haqqında danışıldığını güman edirdi. Amma bir nöqtəni də qeyd etmək lazım gəlir ki, həmin vaxt həzrət Əlinin (ə) gözləri ağır xəstəliyə yoluxduğundan onun bu döyüşdə meydana çıxacağı ehtimal olunmurdu. Bu baxımdan Peyğəmbərin həzrət Əli (ə) haqqında danışdığını anlamayanları üzürlü hesab etmək olar.
|