NAMAZIN SİRLƏRİ (6)Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 NAMAZA DAXİL OLURUQ Niyyət, namazı Allah üçün ibadət qərarı və Ona yaxınlaşmaq məqsədi ilə əda etməkdir. Niyyətdən sonra namaza daxil oluruq. Qəlb iştirakı, ruhi hazırlıq və Allaha tam diqqətlə təkbir deyirik. Bu diqqət və qəlb iştirakı namaz üçün ruh kimidir. “ƏLLAHU ƏKBƏR” Allah düşüncə və xəyalımızdan daha böyükdür. Onu qələmlə vəsf və dillə bəyan etmək gücümüz yoxdur. Onun əzəməti düşüncə, mə’rifət və təsəvvürümüzün fövqündədir. Hər nə istəsə həmin an baş verər. Əmrinə itaət olunar. İnsan və bütün varlıqlar yoxdan yarandı. Hər birinə ruzi verər, hidayət edər. Hamı Ona doğru qayıdacaq. Bütün canlıların və bitkilərin varlığı və canı Onun qüdrət əlindədir. Ucaldan da, kiçildən də Odur. Ehtiyacsızdır, hamı Ona möhtacdır. İnsanı ana bətnində formalaşdırır. Onların fitrətində yönəldici meyllər qərar verir. Xəstələrə şəfa verir, zəiflərə qüvvə əta edir. Onun zatından başqa hər şey ölümə məhkum və fanidir. Qiyamətdə hesab-kitab mükafat və cəza Ona bağlıdır. Qiyamət günü mə’lum olacaq ki, bütün işlər Onun əlindədir və başqaları heç nəyə qadir deyil. Allahdan qeyrilərinin dərgahına üz tutanlar uduzmuş və ziyan etmişlər... (Qeyd olunan bütün sifətlər Qur’an ayələrindən götürülmüşdür.) Namazımız belə əzəmətli bir Allahın adı ilə başlayır. Niyyətdən sonra təkbirətul-ehram deyir və namaza daxil oluruq. “Əllahu əkbər!” “Əllahu əkbər” əqidə və dinimizin ucalıq şüarıdır.
|