MÜQƏDDİMƏ



İSLAM DİNİNİN ƏSASLARI

(BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ)

MÜQƏDDİMƏ

Əsrlər boyu insanların xaliqi olan Allah tərəfindən onların hidayəti üçün müəyyən şəxslər göndərilmiş və bəşər övladına insaniyyət yolunu göstərmək, onların yatmış fitrətini oyatmaq üçün mə'mur edilmişlər ki, həzrət Adəm, Musa, Nuh, İbrahim, İsa, Mühəmməd (səlləllahu ələyhi və Alihi və səlləm) və s.. kimi peyğəmbərlər bu qəbildən olan ilahi elçilərdir.

İnsanın yaranması ilə başlanan peyğəmbərlər silsiləsi İslam dininin banisi Həzrət Mühəmməd (səlləllahu əleyhi və Alihi və səlləm)-lə sona yetmişdir.

həzrət Mühəmmədin (s) gətirdiyi din özündən öncə gəlmiş şəriətlərdən fərqli olaraq müvəqqəti və ötəri bir dövran üçün deyil, dünyanın sonunadək qalan müddət üçün nəzərdə tutulmuşdur.

İslam dininin dəyərli göstəriş və tə'limləri sair din və şəriətlərdən daha kamil olub insanların irqindən, milliyyətindən və mədəniyyətindən asılı olmayaraq hamı üçün Qiyamətə qədər qayıdış yeri olacaqdır.

Bu gün müxtəlif xalqlar və məktəblərdən olan insanların böyük şövqlə müqəddəs İslam dininə üz gətirməsi bizim sözümüzə canlı sübutdur.

İnsanlara gəldikdikdə isə deməliyik ki, onları din və mə'nəviyyatdan ayrı saxlamaq susuz insanı sərin sudan ayırmaq qədər əsassız bir işdir.

Beləliklə, susuz insan necə olursa-olsun özünü suya çatdırıb ondan bəhrələnəcəyi kimi, din və mə'nəviyyatdan ayrı saxlanılan insan da bir gün məhdudiyyətlərdən azad olub, ona üz gətirəcəkdir. Çünki mə'nəviyyat insan həyatını təşkil edən əsas amillərdən biri sayılır və heç vaxt onu insan həyatından ayırmaq mümkün deyildir.



1 2 3 4 5 6 7 8 9 10 next