Elmin həqiqəti (5)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

BEŞİNCİ BÖLMƏ: ELM ÖYRƏNMƏK

Birinci fəsil: Elm öyrənməyin vacibliyi

Hər bir müsəlmana elmin vacib olması

Peyğəmbəri- əkrəm (s): Elm axtarmaq hər bir müsəlman kişiyə və qadına vacibdir.[1]

Peyğəmbəri- əkrəm (s): Ümmətimin hər bir ağıllı təfəkkür sahiblərinə dörd şey lazımdır. Soruşdular: Ey Allahın Peyğəmbəri! Onlar hansı şeylərdir? Buyurdu: Elmə qulaq asmaq, onu qorumaq, yaymaq və ona əməl etmək.[2]

Hər bir halda elmin vacib olması

Peyğəmbəri əkrəm (s): "Elmi axtarın, hətta əgər Çində də olsa belə".[3]

İmam Sadiq (ə): "Elmi axtarın, hətta dənizin dibinə getməli olsanız və qanız tökülməli də olsa belə."[4]

İmam Sadiq (ə): "Elm axtarmaq bütün hallarda vacibdir."[5]

Mal ardına getməkdən də vacib

İmam Sadiq (ə): Süleyman (peyğəmbər) padşahlıq, mal və elm arasında ixtiyarlı buraxıldı, o elmi seçdi və elmi seçməklə ona həm elm, həm mal və həm də padşahlıq bəxş oldu.[6]

İmam Əli (ə): Ay camaat! Bilin (və agah olun) ki, dinin kamilliyi elm axtarmaqla və ona əməl etməklədir. Şübhəsiz ki, elm dalınca getmək sizlərə mal dalınca getməkdən vacibdir; Çünki, mal sizin aranızda (Allah tərəfindən) bölünmüşdür və ədalətli Allah onu sizin aranızda bölüb və sizi mal ilə təmin etməyi öz öhdəsinə götürüb ki, sözsüz ona vəfa edəcəkdir. Amma elm (belə deyil, o,) sizin gözünüzdən uzaq olan bir xəzinədə və öz əhlinin (layiqli sahibinin) yanında qorunubdur. Siz onu axtarıb ələ gətirməyə əmr olunubsunuz; onu axtarın və bilin ki, malın çoxluğu dinin süst olması və qəlbin daşlaşmasına səbəb olur, halbuki, elmin çox olması dini islah edir və cənnətə getməyə səbəb olur. Malı bağışlamaqla (və xərcləməklə) azalır, amma elmi bağışlamaqla (və başqalarına öyrətməklə) çoxalır. Elmi bağışlamaq və onu yaymaq elmi öyrənən və öyrədənlərin arasındadır.[7]

Təhsil almağı tərk etməmək

Peyğəmbəri- əkrəm (s): Ya alim ol, ya tələbə, ya elmi eşidən və ya onu sevən. Beşinci olma ki, həlak olarsan.[8]

İmam Sadiq (ə): İstəmirəm ki, sizin cavanlarınızı iki haldan xaric görüm: Ya alim və ya tələbə. And olsun Məhəmmədi (s) haqq üzündən seçənə, əgər hər bir şəxs belə olmazsa, səhlənkarlıq etmişdir, əgər səhlənkarlıq edərsə, (qəlbi) tutqunlaşır, əgər (qəlbi) tutqunlaşarsa günah edər, əgər günah edərsə odda məskunlaşar (yeri cəhənnəm olar).[9]

İmam Sadiq (ə): Alim olmayan xoşbəxt olmaz və mehriban olmayan təriflənməz.[10]



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 next