Vahabi etiqadının yeni təhlili(10)



Bununla da Quran ayələrində Peyğəmbər səhabələrinin xüsusiyyəti haqqında məlumat verilirsə, məsələn, yuxarıdakı ayədəki kimi, bu xüsusiyyətlər şərtlərlə qeyd edilir. Buna misal olaraq Peyğəmbərin dilindən nəql olunmuş rəvayətə istinad edirik:

ا يدخل النار أحد بايع تحت الشجرة و كانوا أكثر من ألفِ و أربعمأة"[23]

“Ağac altında beyət edən səhabələrin heç biri Cəhənnəm əhli deyildirər. Onların sayı 1400 nəfərdən çox idi”.

Lakin Qurani Kərim elə həmən səhabələr haqqında buyurur:

"لقَدْ رَضِيَ اللهُ عَنِ الْمؤْمِنِينَ إذ يبايُعونَكَ تَحْتَ الشَّجَرَةَ..."[24]

“Həqiqətən Allah o ağacın altında sənə beyət edən möminlərdən razı qaldı”.

Bu ayədə beyət edənlər üçün möminlik qeydi (yəni mömin beyətçilər bunu göstərir ki) Allahın razılığı, yaxud beyətçilərin atəşə daxil olmamaları beyət günü mömin olanlara aiddir. Belə ki, beyət günü münafiq yaxud mömin olmayanlara, eləcə beyətdən sonra imanlarından üz çevirənlərə şamil deyildir.

Deyilənlərə əsasən, Əlinin (ə) xilafət məsələsində haqlı olduğunu rədd etmək üçün səhabələrin qeydsiz surətdə onların əməllərinin höccət olduğunu söyləmək Quran, rəvayət tarixi şahidlərə istinadla nöqsanlar, İbn Hənbəl kimi şəxslərin söylədiyi kimi, bütün səhabələri tərifəlayiqdirlər heç bir istisna olunmayıb səhabələrə ihanət edən hər şəxs, Rafizidir.[25]

Vahabilər Peyğəmbərin səhabələrinə lənət deməyin düzgün olmadığını deyirlər. Çünki, Peyğəmbər onlar haqqında: Mənim səhabələrim ən yaxşı adamlardır. Müaviyə, Əmr bin As, Əbu Musa Əşəri, Əbu Hüreyrə, Təlhə, Zübeyr, Osman, Əli, Əbu Bəkr Aişəyə lənət deyən hər şəxsin cəzası qətldir - qətldən az deyildir”.[26]

Peyğəmbərin buyurduğu sözün əsli düzgündür. Lakin gətirilən nümunələrə arxalanaraq, bir neçə gün yaxud bir neçə an peyğəmbərlə bir yerdə olan hər bir zalım ya fasidi ehtiram edilən səhabələrin siyahısına salmaq olmaz.



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next