Vahabi etiqadının yeni təhlili(10)



Digər yerdə səhabələrə, onlara tabe olanlara, övliyalarına qadınlarına belə dua edərək buyurur:

"اللَّهُمَّ وَصَلِّ عَلَى التَّابِعِينَ مِنْ يومنا هذا إلى يوم الدين و على أزواجهم و على ذريّاتهم و على مَن أَطاعك منهم"[20]

Qurani Kərim ilk mühacirlər ənsarı tərifləyərək buyurur:

"والسَّابِقُونَ الأوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالأنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإحِسَانٍ رَضِي اللهُ عَنْهُمْ وَرَضُوا عَنْه..."[21]

“Allah ilk mühacirlər, ənsar xeyir işlərdə onların davamçıları olan şəxslərdən razıdır onlar da Allahdan razıdırlar”.

Bu şərif ayədə iki önəmli məsələ vardır:

Peyğəmbərin “xeyir işlərin davamçıları” cümləsi Allah Peyğəmbərinin yaxşı tabe olan səhabələrdən razı qalması, Onun gözəl tabeçi səhabələri bağışladığı mənasını daşıyır. Peyğəmbərin vəfatından sonra isə onun vəsiyyəti əsasında öz tabeçiliklərini qoruyub saxlamışlar. Məsələn, Salman, Əbuzər s... kimi. Onlar faktiki surətdə o həzrətin qoyduğu yolla addımlamışlar. Beləliklə, həyatı zamanı Peyğəmbərə tabe olub, ölümündən sonra onun məram dilindən üz döndərmiş, öz tabeçiliklərini onun vəsiyyəti əsnasında mühafizə etməyən şəxslər Haqq həzrətlərinin razılığına necə nail ola bilərlər?

Ikinci məsələ budur ki, ayənin zahirindən ənsar mühacirlərə tabeçiliyin ömrün sonuna qədər təminatlı olması düşünülür. Lakin həqiqətdə bütün səhabə belə olub, ki, şərif ayə belə zəmanəti vermişdir. Çünki, insan dəyişkən qeyri-sabit bir varlıqdır. Beləliklə, İmam Səccad da tabe olunmaq şəraiti daşıyan səhabələrin xüsusiyyətləri haqqında söz açmışdır. Bu məsələ bəzi münafiqlərin sonradan səhabə olması, yaxud bəzi səhabələrin sonradan mürtəd olmasını biləndən sonra bizim üçün aydınlaşacaqdır.[22] Gəlin çox uzağa getməyək. Xilafətin qanuni şəri olduğu zaman Ummul Möminin Aişənin xəlifə ilə mübarizəsinə nəzər salaq. Onun Quran ayəsi ilə müxalifət etməsinə aid olan bu rəvayət

"وَ قَرْنَ فِي بُيُوتِكُنَّ"

məşhur bir səhabə rəvayətçinin böyük bir səhvinin aşkar nümunəsidir.



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next