Vahabi etiqadının yeni təhlili(10)



Şiə Peyğəmbərin (s) vəfatından sonra əmr sahibinin Əli ibn Əbi Talibin olduğunu söyləyir. Ancaq Sünnü qardaşlar Qədir Xumda Əlinin xəlifə təyin edilməsi, “Mövlası olduğum hər kəsin mövlası Əlidir” deyə Peyğəmbərin vəsiyyətini Quranda, rəvayətlərdə digər yerdə olan tarixi şahidləri nəzərə almamaqla səhabələrin rəhbərlik səlahiyyəti fikrini irəli yürütmüşlər. Daha sonra isə kimin kimdən üstün olması məsələsini müzakirəyə qoymuşlar. İbn Hənbəl deyir: “Səhabə bir il, yaxud bir ay, yaxud bir an belə Peyğəmbəri dərk etmiş (görmüş) şəxslərdir. Lakin onlar rütbə, dərəcə, üstünlük, fəzilətlilik baxımından fərqlənirlər. Birinci qrup: Əbu Bəkr, Ömər Osmandır. Ikinci qrup: Bu tərtiblə şura səhabələridir: Əli, Zübeyr, Təlhə, Əbdür Rəhman bin Ovf Səid bin Vəqqasdır. Bu şəxslərin hamısı sadalanan tərtiblə xilafət imamətə layiqli şəxslərdir. Üçüncü qrup: Bədr əhlidir. Üstünlük tərtibi ilə bu şəxslərdir: Əvvəl mühacirlər, sonra isə (köməkçilər) ənsar. Amma adı çəkilməyən - Müaviyə, Əmr bin As Əbu Musa Əşəri kimi - şəxslər haqqında Qurani Kərim barəsində ümumi surətdə tərif qədirdanlıq etmişdir. Çünkü, bu şəxslərin alınlarında səcdə dağı var idi. Quran belə buyurur:

"سيماهم في وجوههم من أثر السّجود[13]"[14]

Əhməd bin Hənbəlin nəql etdiyi cümlədə İbn Mülcəmin adı çəkilməsi lazım idi. Çünki onun da alnında səcdə qabarı var idi.

Özlərini sünnü-şiə münaqişələrinə daxil edən vahabilər səhabələrin fəzilət baxımından üstünlük meyarlarını təqdim etmişlər:

“Əbu Bəkr dörd dəlilə əsasən digərlərindən üstündür: Fəzilətli, hamıdan əvvəl iman gətirdiyi üçün Peyğəmbər onu hamıdan üstün hesab etmişdir. Buna görə səhabə onu səsvermə yolu ilə xəlifəlik məqamına seçmişdir. Ancaq Ömər iki xüsusiyyətə görə digərlərindən üstündür: Fəziləti Əbu Bəkr tərəfindən təyin olunması. Osman isə iki dəlilə əsasən Ömərdən sonra üstündür: Fəziləti şuranın onu hamıdan üstün tutması. Osmandan sonra isə Əli iki dəlilə əsasən üstünlük təşkil edir: Fəziləti icma (toplum) tərəfindən seçilməsi”.[15]

Qədir Xum macərası, Peyğəmbərin vəsiyyəti, Əlinin (ə) haqqında nazil olmuş ayələr, onun haqlı olduğunu sübut edən Quran ayələri, rəvayət tarixi şahidləri nəzərə almasaq belə bir sual meydana çıxır:

Insanların üstünlüyünü təyin edən islamın həqiqi meyarı nədir? Quran ayələrindən alınan məlumat bu suala belə cavab verir:

Birinci, imandır.

"السَّابقون السّابقون * اولئك المُقَرَّبونَ"[16]

Ikinci cihaddır.



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next