Vahabi etiqadının yeni təhlili(10)



Şiənin hakimlərə və ulul əmrə itaəti haqqında düşüncələri

Şiə əqidəsinə əsasən:

"أطِيعوا الله و أطيعوا الرسول و أولِي الأمر منكم"[10]

"إِنَّمَا وَلِيُّكُمُ الله وَ رَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلوة و يؤْتُونَ الزَّكوةَ و هُمْ رَاكِعون"[11]

Bu iki ayənin bir-biri ilə mənəvi əlaqələri vardır. Belə ki, ikinci ayə birinci ayəni izah edir. İlk ayədə Allah, Onun rəsuluna, rəsulun olmadığı halda isə öz aranızda olan rəhbərlərə itaət etmək əmr olunur. Lakin burada rəhbərin adil olması şərt deyil. Əslində ayə mütləq qeydsiz olub, fasiq adil rəhbərlərə şamil olunur. Sonrakı ayədə buyurur: İlk növbədə Allah Onun rəsulu sizin rəhbərinizdir. Rəsul olmazsa, namaz qılıb, zəkat verən ... şəxslər rəhbər ola bilərlər.

“Usul kafi” kitabında Hüseyn bin Əbil Əla rəvayət edir:

"قلت لأبي عبد الله: الأحياء طاعتهم مفترضه؟

قال: نعم‘ هم الذين قال الله عزّ و جلّ: " أطِيعوا الله و أطيعوا الرسول و أولِي الأمر منكم" و هم الذين قال الله عزّ و جلّ "إِنَّمَا وَلِيُّكُمُ الله وَ رَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلوة و يؤْتُونَ الزَّكوةَ و هُمْ رَاكِعون"[12]

“İmam Sadiqə (ə) dedim: Həyatda olan əmirlərə itaət etmək vacibdir? Həzrət buyurdu: Bəli, onlar Allah Taalanın onların barəsində belə buyurduqları şərtlərdir: Allah Onun rəsulu sizin vəliniz rəhbərinizdir. Ondan sonra isə iman gətirib, namaz qılıb, zəkat verənlərdir”.

Yuxarıdakı rəvayət iki ayənin arasındakı rabitəni bəyan edir. İkinci ayə Əli (ə) haqqında nazil olmuşdur. Bu ayəni açıqlasaq qalan Əhl Beytə (ə) aid olar. Rəhbərlik üçün Məsum İmamlardan (ə) sonra islami şərtlərlə İmamları (ə) əvəz edən qəyyumları nümunə göstərmək olar. Məsələn, Vəliyyi fəqih ulul əmrin bir nümunəsidir. Bu ayənin nazil olma tarixi inkar edilərsə, hakimlər üçün ən azı iman, namaz, zəkat kimi şərtləri qarşıya qoyulmuşdur. Bu şərtləri sözün əsl mənasında riayət edən hər bir hakimin azğın fasiq hakim olması qeyri-mümkündür.

Peyğəmbərin vəfatından sonra ilk ulul əmr və onun (s) səhabələrinin üstünlük meyarı

Sünnü-şiə qardaşları arasında keçmiş mübahisələrdən biri Peyğəmbərin (s) vəfatından sonra ilk əmr sahibinin kimliyinin müəyyən olunmasıdır. Vahabi firqəsinin özünü bu qalmaqala daxil etməklə meydanı qızışdırmaları təbii bir haldır. Biz həmişə bunun bir məzhəb məsələsi kimi yalnız sünnü şiə arasında olmasını deyir deyəcəyik. Heç bir xarici yaxud daxili qüvvənin bu mövzuya dəxalət etməməlidir. Müsəlmanlar bu işə biganə əldəqayırma firqələrin dəxalət etməsinə icazə verməyəcəklər. Əcnəbilərin sui-istifadə etməməsi üçün bu söhbətlərin dostcasına qurulmuş, islami qardaşlıqla dolu bir mühitdə keçirilməsi gərəkdir.



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next