Vahabi etiqadının yeni təhlili(10)



“Xəlifənin təyin olunmasının iki yolu vardır: Birincisi, Peyğəmbər Əbu Bəkri, Əbu Bəkr Öməri seçdiyi, Ömər altı nəfərlik şura yaratdığı kimi əvvəlki xəlifə onu təyin etsin. Ikincisi, hətta qılınc gücü ilə olsa şəxsin özü qüdrətini nümayiş etdirsin. Məsələn, Əli ibn Əbi Talib kimi. Hər iki nəfərə itaət etmək lazım onlarla müxalifət haramdır. Hakimin ərəb, yaxud Qureyş olub-olmaması şərt deyil. Əgər azğınlıq edib səhvə yol verərsə, yalnız fəqihlər onu nəsihət edə bilərlər”.[7]

Yəni Əhməd Hənbəl bu qədər İslamın ilkin tarixindən xəbərsiz idi ki, Əli bin Əbi Talibin qılınc gücü ilə, ya beyət yolu ilə xilafətə çatdığını bilmirdi? Digər tərəfdən, fasidlərin qüdrətinin nəsihət yolu ilə düzgün yola salınmasının mümkün olmadığı surətdə fəqihlərin risalətini onların nəsihət olunması kimi ünvanlamışdır. Bundan əlavə, əhl sünnə fəqihlərinin əksəriyyəti fasiq hakimin qüdrətinin qoruyucusu tərifçisi olmuşdur. Özlərini Əhməd Hənbəlin sünnü məzhəbinin davamçıları hesab edən vahabilər indiyə kimi hökumət aparatına nəsihət verib, yaxud onlarla mübahisə ediblərmi? Yoxsa hökümət sisteminin hesabına yaşayaraq, onların xəyanətlərinin təfsirçisi olublar?

Vahabilərin özləri - qəflət üzündən - kitablarında adil, yaxud fasid hakimə tabe olmağı sual altına alan rəvayətlər yazmışlar:

"قال رسول الله (ص): إِنَّمَا أَخَافُ عَلَى أُمَّتِى الاَئِمَّة المضلِّين؛ أي الأمراء والعلماء والعبَّاد"[8]

“Peyğəmbər buyurdu: Mən ümmətim üçün yolunu azmış azğınlığa yol göstərən rəhbərlərdən qorxuram. Azğın rəhbərlər, yəni, azğın hakimlər, alimlər abidlər”.

Peyğəmbər Əkrəm bu hədisdə azğın hakimlərə qarşı öz narahatçılıq nigarançılığını bildirir. Həqiqətdə isə azğın hakimə itaət etməyi qadağan etmişdir.

Bu hədisin nəql olunduğu rəvayətdə deyilir:

"هل تَعرف ما يَهْدم الاسلام؟ قلت: لا. قال: يَهْدِمهُ زَلَّة العالم وجدالُ المنافق بالكتاب و حُكْمُ الأئِمَّة المُضلّين"[9]

“İslamı nəyin məhv etdiyini bilirsənmi? Rəvayətçi dedi: Xeyr. Ömər dedi: İslamı məhv edən alimlərin azğınlığı, münafiqlərin Quran ayələri vasitəsi ilə azdırması, düzgün yoldan sapındıran azğın rəhbərlərin hökuməti”.

Bu hədis vasitəsilə fasid hakimlərə itaət etməsinin qadağan haram edildiyinin şahidi oldunuz. Qeyd etmək lazımdır ki, zalım yaxud adil olub-olmamasından asılı olmayan rəhbərlik, bu mövzu ilə bağlı Şiə məktəbində olan məsələ ilə fərqlənir. Cəmiyyət fasid olsa da belə hakimə ehtiyac vardır. Çünki, heç bir hakimin olmadığı surətdə hərc-mərclik yaranar. Belə nizam-intizam isə qarma-qarışıqlıqdan yaxşıdır. Bu qanun şiənin nəzərindən cəmiyyətdə hökumətin zəruriliyinin isbatı üçündür.



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next