Vahabi etiqadının yeni təhlili(10)



"لا طاعةَ مخْلوق في مَعْصِيَةِ الْخَالِق"[4]

“Xaliqə qarşı günah edən məxluqlara itaət olunmaz”.

Əsasən İslam cəmiyyətinin inkşafı təqva təməli üzərində qurulmuşdur:

"تَعَاوَنُوا عَلَىَ الْبِرِّ وَالتَّقْوَى"[5]

Peyğəmbərin besətinin səbəbi isə ədalətin bərpa edilməsidir:

"ليقوم النَّاسُ بالقِسط"[6]

Bütün bunları nəzərə alaraq, İslamın adil olmayan bir şəxsi təsdiqlədiyi, cəmiyyəti fəsad zülmə düçar edib bəzi səhabələrin əməllərini meyar etməsi necə mümkündür?

Səhabələrin davranışı

Bəzi səhabələrin rəftarlarına nəzər saldıqda, zamanın qeyri-şəri hakiminə iqtida etməsindən, zalım yaxud adil olub-olmamasından asılı olmayaraq hər hakimə tabe olmaq nəticəsi alınırsa, bəs onda üçün Abdullah bin Ömər Osmanın xilafətini qəbul etdi, lakin Əli (ə) İmam Hüseynin (ə) xilafətini qəbul etmədi? üçün İmam Hüseynə (ə) kömək etmədi, amma Yəzid bin Ziyad Həccacla beyət etdi? Nəyə görə bəzi səhabələr Əliyə (ə) beyət etmədilər?

Bütün bunları nəzərə alaraq səhabələrin rəftarlarının özü-özlüyündə höccət olmadığını görürük. Onların höccət hesab olunması üçün şərtlərin mövcudluğu lazımdır. Sırf səhabə adını daşımaq kifayət deyildir. Çünki, münafiq dəstələr yaxud sonradan mürtəd olanlar da səhabələrin sırasında olmuş, onların vasitəsi ilə hətta hədislər nəql olunmuşdur.

Təəssüflər olsun ki, kök salmış bu təfəkkür Əhl sünnə qardaşların bəzi firqələrində sui-istifadə olunmuşdur. Əhməd Hənbəl deyir:



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next