Vahabi etiqadının yeni təhlili(10)



“Sizə hökumət edən şəxslə - birlikdə cihad istər yaxşı adil, istərsə zalım fasiq sizə vacibdir”.

Onların üçüncü dəlili səhabələrin əməllərinin höccət olmasıdır. Şərab içən, laqeyd başısoyuq bir insan olmasına baxmayaraq Vəlid bin Əqəbə bin Əbi Muitin imaməti ilə Abdullah bin Məsudun namaz qılmasını misal gətirirlər.

Başqa bir misal məşhur səhabələrdən olan Abdullah bin Ömərin, necə qaniçən olduğunu bilərək Həccac bin Yusifin imaməti ilə namaz qılmasıdır. Eləcə İbn Əbi Übeydənin əqidə azğınlığı ilə camaatı azğınlığa dəvət etdiyini açıq-aşkar bildiklərinə baxmayaraq, bəzi səhabələrin namaz qılarkən ona iqtida etdiklərini nümunə göstərirlər.

Bütün bunlar zalım, yaxud adil olub-olmamasından asılı olmayaraq, ümumiyyətlə bütün hakimlərə itaət edilməsi barəsində vahabilərin dəlilləridir. Bu təfəkkür həqiqətdə zalım, fasiq şərab içənlərin hökumətə gedən yollarını asanlaşdırıb, islahatçıların inkişafına mane olmuşdur. Eləcə bu təfəkkür Quranla uyğun gəlmir. Çünki, bir ayənin düşünülməsi üçün bütün Quran ilə digər ayələrə diqqət edilməsi lazımdır. Quranda zalımlar, müfsidlər müsriflərə itaət olunmaması haqqında ayələr nazil olmuşdur. Bu ayələr isə “ulul əmr” üçün ən aşkar dəlillərdir ki, müfsid zalımlara tabe olsaq, günahkarlara itaət etmiş olarıq bu isə Quranın ziddinədir:

لا تعاونوا على الإثم و العدوان"[2]

“Günah düşmənçilikdə bir-birinizə kömək etməyin”.

Hətta bundan üstün valideynlərə haqq yolunda addımladıqları surətdə itaət etməyi mümkün hesab etmişdir. Hakimlərə itaət etmək isə valideynə edilən itaətdən üstün ola bilməz:

"وَ وَصَّيْنَا الْإنْسَانَ بِوَالِدَيْهِ حُسْناً وَ إِنْ جَاهَداكَ عَلَى أنْ تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلا تُطِعْهُمَا"[3]

“İnsana valideynlərinə yaxşılıq etməsini tapşırdıq. (Ancaq) Əgər onlar sənin üçün məlum olmayan şeylərə şərik seçərlərsə, onlara itaət etmə”.

Peyğəmbər sünnəsi onun hədislərində günahkar məxluqlara itaət etmək qadağan olunmuşdur:



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next