Vahabi etiqadının yeni təhlili(10)



Islam etikası ədəb qanunları hökm edir ki, şiə olub-olmamasından asılı olmayaraq mömin insanın, xüsusilə Peyğəmbərin səhabələri qadınları haqqında nalayiq sözlər danışıb qəbahətlər söyləməkdən çəkinmələri lazımdır.

Imam Əlinin vəzirliyi

Əbu Bəkrin imaməti ilə qılınan namazda Imam Əlinin iştirakı, Ömərin vəzirliyi vəzifəsini qəbul etməsini o həzrətin xəlifələrin xilafətini təsdiqlədiyinə dəlil kimi qələmə verirlər. Deyirlər ki, Ömər Əbu Bəkrin, Əli (ə) isə Ömərin vəziri idi. Sonda isə Ömər Əli Fatimənin kürəkəni oldu Əlinin qızı Ummu Külsümlə nikah bağladı.

Şiənin mötəbər kitablarında Ömərin kimin kürəkəni olduğu haqda heç bir məlumat yoxdur. Çünki, Ummu Külsüm hicri qəməri tarixinin 6-cı ilində dünyaya gəlmiş 61-ci ilində vəfat etmişdir. Onun qəbri Şam şəhərinin Babus Səğir məkanındadır. Rəvayətlərdə Ummu Külsümün həyat yoldaşı övladları haqqında bir söz deyilməmişdir. Amma bacısı Zeynəbin (s) övladları haqqında nəql olunmuşdur. Zeynəblə Ummu Külsü-mün bir il yaş fərqləri var idi. Əlbəttə, bəzi yazıçılar Ummu Külsümün elə Zeynəb (s) olduğunu da iddia etmişlər.

Əlinin (ə) vəzirliyi haqqında onun məsləhətçi yol göstərici həddində ikinci xəlifə ilə həmkarlıq etdiyi İslami mənbələrində təsdiqləyən materiallar mövcud-dur.

Belə ki, Ömər yetmiş dəfədən çox:

"لو لا على لهلك عمر"

“Əli olmasaydı, Ömər məhv olardı” sözünü demişdir. Bu cümlə, şiə sünnü mənbələrində dəfələrlə yazılmışdır.

Əlinin cəngavər olduğu, Peyğəmbərin həyatı zamanında baş vermiş müharibələrdə fəallığına baxmayaraq Ömərin İran, Roma Beytul Müqəddəslə etdiyi müharibələrdə iştirak etmişdir. Eləcə Əbu Bəkr, Ömər Osmanın höküməti zamanı, islam ölkələrinin vali, fərmandar, nümayəndə qazıya ehtiyacı olduğu halda Əli (ə) bu işlərin heç birinə təyin olunmamışdı. Çünki, onlar özləri bilirdilər ki, Əlinin (ə) ləyaqəti bu vəzifələrdən qat-qat üstündür. Ölkəni idarə etmək üçün onun məsləhətləri göstərişlərinə ehtiyacları var idi. İmam (ə) da xilafətin onların haqqlı olmadığı səbəbinə, onların həvalə etdikləri məsuliyyəti qəbul etmirdi. Lakin İslam ictimaiyyətinin məsləhəti, camaatın zərəri ilə nəticələnən qalmaqal, qarışıqlıq yersiz qəzavətlərin qarşısını almaq üçün onlarla məsləhətləşir yol göstərirdi.

Əbu Bəkr, yaxud Ömərin imaməti ilə qılınan camaat namazlarında iştirak etməsi onların xilafətlərinin haqlı olduqlarını demək deyildir. O, əslində müsəlmanlar arasında vəhdət yaradıb cəmiyyəti nifaq ayrılıqdan çəkindirmək istəyirdi. Əlbəttə, fiqhi nöqteyi-nəzərindən İmamın (ə) onlara iqtida etməsi məsələsi üçün dəlillər vardır. Ancaq bütün bunların hamısı bu xəlifələrin xəlifəliyinin haqlı olduğunu sübut etmir. Çünki, İmam (ə) həmişə açıq-aşkar surətdə şəri xilafəti yalnız öz haqqı bilirdi.

Əgər Ömər Əbu Bəkrin xilafəti dövründə vəzir olduğuna görə xəlifə ola bilirsə, Əlinin (ə) başqalarından üstünlüyü təbiidir. Çünki, o izzətli şəxsiyyət Peyğəmbərin (s) həyatı zamanı Rəsulullahın (s) vəziri olmuşdur.



back 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next