Vahabi etiqadının yeni təhlili(10)




Deprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99

Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103

Bismillahir Rəhmanir Rəhim

ONUNCU SÖHBƏT

Hakimlərə mütləq itaət

Hakimlərə mütləq surətdə itaət etmək

Özünü Əhməd bin Hənbəlin davamçıları hesab edən vahabilər üç dəlilə əsasən “Ulul əmrə” itaət etməyi vacib bilirlər. onların iki bayram, cümə, camaat namazı, həcdə cihadda rəhbərliyi, imam hakimin ixtiyarında olmasına etiqadları vardır. Bu imam hakimİN adil, zalım, fasiq olub-olmamasının heç bir fərqi yoxdur. Quran, sünnə səhabələrin əməllərinin bu nəzəriyyəni təsdiqlədiyinə inanırlar.

Onların bu barədə ilk dəlilləri

"يَا أيُّهَا الَّذِينَ آمَنُوا أطِيعوا الله و أطِيعوا الرَّسُول و أولِي الأمْرِ مِنْكُمْ"

ayəsidir. Onların dediyinə görə “Ulul əmr” mütləq ümumi surətdə gəldiyi üçün istər pis, ya yaxşı, hər hakimə itaət etmək lazımdır. Ulul əmrə itaətdə isə adil, yaxud fasiq olduğu qeyd edilməmiş. Yeri gəlmişkən bu cümlə xüsusiləşdirilməmişdir. Elə buna görə qeyd olunan hakim sözündə onun adil hakim olmasını demək olmaz.[1]

Vahabilərin başqa bir dəlili Peyğəmbərin dilindən nəql olunan “Əl Əsilə vəl əcvibə” kitabının düzgünlüyünü iddia etdiyi rəvayətdir. Rəvayət belədir:

"اِنَّ اللهَ يُؤيِّدُ هَذَا الدِّينَ بالرَّجلِ الْفَاجِرِ"

“Allah bu dini hətta fasiq hakimlə belə təsdiqləyir”.

Bu rəvayətdən belə çıxır ki, dini təsdiqləyən hər bir hakim itaət olunmalıdır. Lakin vahabilər bunu başqa cür mənalandırırlar.

Əbu Hüreyrədən olan hədislərdən birində deyilir:

"أَلْجِهَادُ وَاجِبٌ عَلَيْكُمْ مَعَ كُلِّ أمْيرِ بِرّاً كَانَ أوْ فَاجِراً"



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next