BİZİM DİNİ ƏQİDƏMİZ (5)



İslami rəvayətlərdən birində Həzrət Məhəmməd (s. ə.) buyurur: «Qəbr, ya behişt bağlarından biri, ya da, cəhənnəm quyularından biridir (əmələ bağlı olaraq).»[5]

43 – Mənəvi və maddi mükafatlar

Biz inanırıq ki, məad həm ruhi və həm də cismi səciyyə daşıyır. Elə buna gö də, Axirətdə insanlara bəxş olunacaq mükafatlar, həm mənəvi, həm də cismi olacaqdır.

Qurani-Kərimdə buyurulan bu ayələr: «Ağaclarının altından arxlar axan behişt bağları» (Tövbə, 89), «Behişt bağları, onun kölgə və meyvəsi qurtaran deyil» (Rəd, 35), «İmanlı şəxslər üçün pak zövcələr» (Ali-İmran, 15) və həmçinin, «cəhənnəmin qaynar-yandırıcı odu və ağır əzabları» barəsində gələn ayələr maddi mükafatın, maddi cəzanın nümunələridir. Lakin bunlardan daha əhəmiyyətlisi mənəvi ləzzətlərdir; İlahi mərifətinin nuru, Allah-Taalaya mənəvi yaxınlıq, onun Cəlal və Cəmal sifətlərinin cilvələridir. Bütün bunlar vəsf oluna bilməyən dərəcədə ləzzətbəxş və gözəldir.

Qurani-Kərimin bəzi ayələrində Behiştin maddi nemətlərini (təravətli bağlar, pak məskənlər və s...) bəyan etdikdən sonra buyurulur: «Allahın razılığı, rizası bunların hamısından üstündür. Və ən böyük qələbə Allahın razılığıdır!» (Tövbə, 72)

Bəli, bundan da gözəl ləzzət ola bilməz ki, İnsan öz məbudu və Allahının tərəfindən qəbul olunduğunu anlasın və Onun razılığını əldə etmiş olsun!

İmam Səccad (ə) buyurur: «Allah-Taala möminlərə buyurur: «Mənim sizdən razı olmağım və sizə olan məhəbbətim, bəxş etdiyim nemətlərdən daha üstündür»... Onlar bu sözü eşidərək, hamılıqla təsdiq edirlər.» («Təfsiri-əyyaşi», Tövbə, 72-ci ayənin şərhi, «Əlmizan» c 9-a uyğun olaraq)

Doğrusu, bundan daha ləzzətli nə ola bilər ki, insana Allah tərəfindən belə xitab olunsun: «Ey aram (rahat) olmuş ruh! Allahdan razı olub, Onun razılığını qazandığın halda Pərvərdigarına doğru qayıt! Və mənim bəndələrimin sırasına keç. Və mənim behiştimə daxil ol!» (Fəcr, 27-30)

 



[1] - Ölümdən sonra baş verənlər – Qiyamət günü

[2] - Yəni insanın ruhu və bədəni Qiyamət günü Allah qarşısında birlikdə cavab verəcəkdir. Nəinki təkcə ruh!

[3] - Məşhur hədis söyləyənlər: Buxari-Müslüm və məşhur Quran şərhçiləri Təbərsi, Alusu, Qeytəbi bu hədisi öz kitablarında yazmışlar.

[4] - Bu hədis azacıq fərqlə Şiə və Sünnünün tanınmış mənbələrində , məs; Kənzul-ummal; hədis 39036, Qurtubi; c. 6; səh. 175, Məryəm surəsinin şərhi, Şeyx Səduqun «Əlamali» kitabında bu hədisi İmam Sadiq (ə)-dan rəvayət edir. Və həmçinin Səhihi Buxari «Əssiratu cisru cəhənnəm», c. 8; s. 146.

[5] - Səhih Termizi; c 4; 26-cı fəsl: «Sifatul-Qiyamət», hədis 2460. Biharul-ənvar; c 3; s 214-218.



back 1 2 3 4