BİZİM DİNİ ƏQİDƏMİZ (5)



Sirat cəhənnəmin üzərindən çəkilən bir körpüdür ki, hamı onun üzərindən keçib, getməlidir. Deməli, behiştin yolu cəhənnəmin üzərindən keçdikdən sonradır. Qurani-Kərim: «Sizin hamınız cəhənnəmə daxil olacaqsınız! (Sirata). Bu Allahın tərəfindən verilən qəti hökmdür. Sonra təqvalıları qurtaracağıq. (nicat verəcəyik.) Və zülmkarları elə oradaca diz üstə çökmüş halda buraxacağıq!» (Məryəm, 71-72) Sirat körpüsündən keçmək olduqca çətin və çox xətərlidir. Bu körpüdən keçməyin asanlığı və çətinliyi əməllərin yaxşı və pis olmasına bağlıdır. Məşhur bir hədisdə oxuyuruq: «Bəzi insanlar bu körpüdən ildırım kimi keçib gedərlər. Bəzi şəxslər isə sürətli atlar kimi, bir dəstə insanlar isə diz-dizi (iməkləyərək) Sirat körpüsündə irəliləyərlər. Bir qrup insanlar piyada kimi gedərlər. Digərləri isə Siratdan asılı olan halda onu keçmək istəyər və cəhənnəm alovu onları yalayaraq, bəzi bədən üzvlərini ağuşuna alar!»[4]

Qiyamət gününün tərəzisi dedikdə isə, insanların yaxşı və pis əməllərinin ölçülməsi və qiymətləndirilməsi deməkdir. Ənbiya surəsinin 46-cı ayəsində belə buyurulur: «Biz ədalət tərəzilərini, Qiyamət günü bərpa edəcəyik. Və heç bir kəsə azacıq olsa da belə, zülm olunmayacaqdır. Əməl (yaxşı və ya pis əməl) bir xardal ağırlığı qədər balaca da olsa, yenə hesaba alarıq. Çünki biz hesablaşmağa yetərliyik!» yaxud Qariə surəsinin 6-9-cu ayələrində buyurulur; «Lakin kimin (yaxşı) əməl tərəziləri ağır olsa razı, bəyənilmiş bir yaşayışda olacaqdır. Tərəziləri yüngül olanlar isə cəhənnəmə atılacaqdır!»

Bəli, bizim etiqadımıza əsasən Qiyamət günündə ancaq insanların yaxşı əməlləri onlara nicat verəcəkdir. Heç bir kəsin istəyi, arzusu və xəyalları onu, cəhənnəm əzabından qurtara bilməz. Hər kəsin aqibəti öz əməllərinə bağlıdır. Yalnız təqva və paklıq insana nicat bağışlayacaqdır. Qurani-Kərim buyurur: «Hər kəs (in aqibəti) öz əməllərinə bağlıdır!» (Muddəssir, 38)

Bütün bunlar «Sirat»«Tərəzi» barəsində kiçik bir şərhlər idi. Əvvəldə işarə etdiyimiz kimi, Qiyamət gününün bəzi xırdalıqları bizə aydın olmasa da, onun yaşadığımız dünyadan daha üstün və təsəvvür edilməz olduğunu bilirik. Qiyamət gününün bütün həqiqətləri bizim maddi dünyamızın xəyallarından daha ucadır.

41 – Qiyamət günü «şəfaət» məsələsi

Biz inanırıq ki, Qiyamət gü peyğəmbərlər, məsum imamlarımız və Allahın dostları (yaxşı bəndələri) Allahın izni ilə bəzi günahkar insanlara şəfaət edəcək. Onları bağışladacaqlar. Amma unutmayın ki, Allah bu icazəni öz mənəvi əlaqələrini Allah-Taala və onun dostları ilə kəsməyən layiqli insanlara bəxş edəcəkdir. Deməli şəfaət məsələsi, h də, hesab-kitabsız deyildir. Şəfaət də, bir növ insanların niyyətlərinə və əməllərinə bağlıdır. Ənbiya surəsində oxuyuruq: «Onlar Allahın razı olmadığı şəxslərdən başqasına şəfaət etməzlər!» (28-ci ayə) Nübüvvət bəhsində söylədik ki, şəfaət məsələsi, bir növ insanları tərbiyə etmək yoludur. Və Allah və onun layiqli bəndələri, dostlarından rabitəni kəsməmək və günahdan uzaqlaşmaq üçün bir vəsilədir. Yəni nəticədə günahkar insan, Allaha ümidvar olaraq, bir daha günah etmir və sonrakı ömür yolunu paklıqla başa vurur. Şübhəsiz, İslam Peyğəmbəri Həzrət Məhəmməd (s. ə.) «Əzəmətli şəfaət» məqamına malikdir. Ondan sonra isə digər peyğəmbərlər, məsum İmamlar (ə) və hətta alimlər, şəhidlər, arif möminlər... insana şəfaətçi olacaqlar. Qurani-Kərim və saleh əməllər də, insana şəfaət edəcəkdir. İmam Sadiq (ə) buyurur: «Bütün insanlar Qiyamət gü Məhəmməd Peyğəmbər (s. ə.)-in şəfaətinə ehtiyaclıdırlar!» (Bihar; c-8; s-42) «Kənzul-ummal» kitabında Peyğəmbər (s. ə.)-dən nəql edilən bir hədisdə buyurulur: «Qiyamət gü beş şəfaətçi vardır: Quran, silei-rəhim (qohumlarla əlaqəni kəsməmək), əmanətdar olmaq, sizin Peyğəmbəriniz (s. ə.) və onun pak Əhli-beyti (ə)!» (Kənzul-ummal hədis 39041; c 14; s 390)

İmam Sadiq (ə) özünün digər hədisində buyurur: «Qiyamət gü «alim»«abid»mrünü yalnız ibadətlə keçirən şəxs) birlikdə Allahın «zurunda» olar. Abidə deyilər: «nnətə gir!» Alimə isə deyilər: «Dayan! Və xalqa (onlara verdiyin gözəl tərbiyəyə gö) şəfaətçi ol!» (Bihar, c 8, səh 56, hədis 66) Bu hədis şəfaətin fəlsəfəsinə gözəl-incə şəkildə işarə edir.

42 – «Bərzəx» aləmi. (dünyası)

Biz inanırıq; Bu dünya və Axirət dünyasından əlavə, üçüncü bir dünya vardır ki, «Bərzəx» adlanır. İnsanlar öldükdən sonra, onların ruhları məhz Bərzəxdə yerləşdirilir. Və Qiyamət gününə qədər orada qalırlar. Qurani-Kərim bu barədə buyurur: «Onların arxasında (ölümdən sonra) Qiyamət gününədək Bərzəx vardır!» (Muminun, 100)

Əlbəttə, biz Bərzəx aləmi barəsində (onun necə bir aləm olduğuna) dəqiq məlumata malik deyilik. Amma bilirik ki, yaxşıların və mömin insanların ruhu (şəhidlər kimi) Bərzəx aləmində müxtəlif nemətlərlə qərq olmuşdur! Ali-İmran surəsi, 169-cu ayədə oxuyuruq; «Allah yolunda öldürülənləri (şəhidləri) əsla ö sanma, onlar diridirlər. Və Rəblərinin yanında onlara ruzi (nemətlər) verirlər!»

mçinin zalım, tağut və günahkar insanlar və onları müdafiə edənlərin ruhları Bərzəx aləmində əzabdadırlar. Qurani-Kərim buyurur; «Onların əzabı (Bərzəxdə cəhənnəm) odudur! Hər sübh və şam vaxtı onunla cəzalanarlar. Qiyamət gülib çatdıqda isə (buyurular): «Ali-Fironu ən şiddətli əzablazalandırın!»afir, 46)

Amma günahları az olan insanlar isə, yuxarıda söylədiyimiz qrupların h birisinə daxil deyildir. Bu insanlar cəzalandırılmayaraq, Bərzəx aləmində yuxu halətinə oxşar bir halda olacaqlar. Qiyamət güldikdə isə ayağa qaldırılacaqlar. Qurani-Kərimdə buyurulur: «Qiyamət qopan gün, günahkarlar and içərlər ki, bir saatdan artıq Bərzəxdə yatmayıblar... Bilik və iman sahibləri isə deyərlər; «Siz Allahın kitabında olduğu kimi, Qiyamət gününədək Bərzəxdə yatmısınız. İndi isə Qiyamət günüdür və siz bilmirdiniz!» (Rum, 55-56)



back 1 2 3 4 next